Bir əvvəlki yazımızda Qlaukoma nədir? – onu qeyd etmişdik və bizi kor eləyən səbəb nədir?
Bu gün isə qlaukomanın növləri haqqında qısa məlumat vermək istəyirəm.
Mümkün qədər çox dərinliklərə girmək istəmirəm, yorulmayaq deyə, amma ümumi bir təsəvvürümüz formalaşsın.
Qlaukomanın 2 ana qrupu var: açıqbucaqlı qlaukoma, bir də qapalı bucaqlı qlaukoma. Onların özünün həm kombinə, həm də ayrı-ayrılıqda çoxlu alt qrupları var.
Açıqbucaqlı qlaukoma nə deməkdir?
Əvvəlki yazıda izah eləmişdik: ifraz olunan maye və gəlib sorulma hissəsi, kanalizasiya hissəmiz – trabekulyar şəbəkə var.
Açıqbucaqlıda – kanalizasiya hissədə problem yoxdur. Trabekulyar şəbəkə qaydasında işləyir, amma sekressiyamız – ifrazatımız çoxdur. Onun nəticəsində trabekulyar şəbəkə çatdırıb apara bilmir.
Bunu belə düşünə bilərik əslində.
Bir “umıvalnik” – əl üz yuduğumuz yer düşünək. Krant var, suyu açırıq, bir də kanalizasiya hissə var, su gedir. Yəni ola bilər kanalizasiya normal fəaliyyətini görür, amma su çoxdur. Krantdan gələn su çoxdursa, umıvalnikin içərisi göllənəcək, dolacaq. Buna biz deyirik açıqbucaqlı qlaukoma.
Belə olan hallarda mütləq krantı sıxmaq lazımdır. Yəni o mayeni, gözün daxilinə gələn maye ifrazatını azaltmalıyıq.
Onu, o ifrazatı azaltmaq üçün də nə edirik?
Xüsusi dərmanlar var. Maye necə əmələ gəlir? Damarlarımız genəlir, qan təzyiqi həmin hissədə aşağı düşür və sekresiya formalaşmış olur.
Biz əgər həmin damarları yığsaq, büzüşdürsək, sekressiya azalmış olacaq. Ona görə dərmanların böyük əksəriyyəti o istiqamətdə təsir göstərir açıqbucaqlı qlaukomada.
Qapalıbucaqlı qlaukoma nədir?
İkinci tipimiz – qapalı bucaqlı qlaukoma. Sekressiyada problem yoxdur, amma trabekulyar şəbəkəmiz yavaş-yavaş hər-hansı bir səbəbdən tıxanır.
Tıxanma səbəbləri də gələcəkdə, bəlkə imkan olsa, detallara girəcəyik. O trabekulyar şəbəkə bəlli bir həcimdə, bəlli bir ölçüdə cisimcikləri, partikulları, mayeləri keçirir. Onlar getdikcə… O şəbəkə daralır və ya şəbəkənin özünün üstü hər-hansı başqa bir prespitatlarla tutulur və getdikcə həmin o mayeni aparan bucaq hissəsinin soruculuq qabiliyyəti aşağı düşür və bunun nəticəsində də yenə də gözdaxili təzyiq çoxalır.
Belə olan hallarda əksər vaxtlar müalicə taktikası bir az daha fərqli olur. Düzdür, sekresiyanı azaltmaqla da bir az problemi həll edə bilirik. Amma sekresiyanı çox azaldınca da göz qidasız qalır, əlavə problemlərə gətirib çıxarda bilər.
Belə olan hallarda məcburi təzə filtrasiyaedici yollar açılır, dəliklər açılır ki, gözün daxilindəki maye axıb getsin.
Yəni qapalı bucaqlı qlaukoman taktikası budur.
Kombinə qlaukoma
Bəzən də bu ikisi kombinə olmuş olur. Həm sekressiya çoxalmış olur, həm qapalı bucaqlı, (tam deyil, hissəvi qapalı bucaqlı) – hissəvi qapalı bucaqlı qlaukoma halları da olur.
Bir də ana qruplardan biri anadangəlmə, sonradan qazanılma. Bu şəkildə alt qruplarımız var. Məncə təməl olaraq bu qədər yetərlidir bu yazı üçün. Növbəti yazıda bir az daha detallandıracayıq.