Bir əvvəlki yazımızda qeyd etmişdik ki, qlaukoma xəstəliyinin müalicəsində xəstələrin görməsi artmaz. Yəni xəstələr belə bir gözlənti içərisinə girməsinlər.
“Mənim görməyim pisləşdi, qlaukoma diaqnozu qoyuldu, müalicə eliyəcəyəm, görməyim artacaq?”
Çox-çox özəl hallarda, çox nadir hallarda, bəli. Bəzən qlaukoma xəstəliyindən sonra müalicə periodunda görmədə cüzi də olsa fərq ola bilər. Hansı hallarda?
Biz çox-çox əvvəlki yazılarda qeyd etmişdik ki, qlaukomanın xüsusiyyəti nədir?
Burada məməciklər var. Bu məməciklərdən maye ifraz olunur, gəlir gözümüzün içərisindəki büllurumuzu qidalandırır və bəbəkdən ön kameraya keçir, ön kamerada buynuz qişamızın arxa təbəqələrini qidalandırır və bu ağla, yəni buynuz qişa ilə “iris” dediyimiz quzehli qişanın birləşən yeri, ağla qəhvəyi rəngin birləşən yerində bizim trabekulyar şəbəkəmiz yerləşir. Yəni “gözün kanalizasiyası” yerləşir. Oradan axıb gedir, oradan sorulur.
Əgər bunların hər-hansı birində, burada sekressiya (ifrazat) çoxalarsa və ya burada sorulma azalarsa və ya yollarda bitişmələr əmələ gələr, maye axını kanalizasiyaya gedib çata bilmir, təzyiq çoxalır… Gözün içində təzyiq çoxalınca da görmə sinirini sıxır. Sinir sıxılı vəziyyətdə qalır və o sinir ölür.
Bu “ölür”ü kobud şəkildə dedik. Heç bir sinir 1 dəqiqədə, 5 dəqiqədə, yarım saatda və ya 1 saatın içərisində ölmür. Yəni o sinirin zədələnmə, ona biz deyirik “prodromal hal”, yəni ölüm öncəsi hal. Sinir sıxılır, zədələnir və kömək gəlməzsə, artıq onlar ölməyə başlayırlar.
Bəzi xəstələr var ki, həkimə müraciət etdikləri periodda hələ də tam ölməmiş hüceyrələri olur.
Burada yenə xəstələri iki qrupa bölürük: görməsi tamamən itmiş xəstələr və görməsi azalmış xəstələr.
Görməsi azalmış xəstələrdə də arada qalmış hüceyrələr var. Biz müalicəyə başlamaqla təzyiq qısa müddətdə aşağı düşür və o hüceyrələr yenidən canlanmağa başlayır.
Gəlirlər,
“Doktor, Allah səndən razı olsun, görməyim çox dumanlı idi. Müalicədən sonra rahatladım, dumanım azaldı, görməyimin bir az keyfiyyəti artdı, şəffaflaşdı”.
Bu hal.
İkinci, xəstənin görməsi heç yoxdur. İşıq duyğusu var. Sadəcə, işıq var ya yoxdur. Belə olan hallarda da əksər hallarda bir göz bu hala qapalı bucaqlı qlaukomalarda və ya sürətli gözdaxili təzyiq qalxan hallarda… Tutaq ki, xəstə ani bir iltihab keçirdi, əməliyyat keçirdi, onun nəticəsində təzyiq qısa müddətdə qalxdı.
Gözdaxili təzyiq anidən çox yüksələrsə, 3 dəfə – 4 dəfə sinir kollapsa uğrayır. Sinir sıxılır və biz qısa müddətdə təzyiqi aşağı salmaqla o ölməmiş sinirləri bərpa edə bilirik.
Xəstə gəlir sənin yanında sadəcə əl hərəkəti, işığı hiss eliyir, amma səhərisi gün, təzyiq aşağı düşən kimi görmə açılır. Nə qədərsə bir görmə əldə edə bilirik.
Yəni bir əvvəlki yazımız ümumi haldır, bugünkü mövzu isə özəl hallardır. Yəni bu, bütün qlaukoma xəstələrinə şamil deyil.
Hətta istəyirsiniz, bunu bir az daha dərinləşdirim. Hansı xəstələrə şamil deyil? Xəstəliyi uzun müddət sürən xəstələrə.
Xəstə 2 ildir 35 təzyiqlə gəzir. Burada mümkün deyil. Sən təzyiqi aşağı salsan da görmədə heç bir dəyişiklik olmayacaq.
Amma xəstə 2 ay bundan əvvəl həkimdə olub, təzyiqi normal olub. Bu gün gəlib təzyiq 27-28. Hə, belə xəstələrdə bəli, faydası olacaq.
Və ya xəstə 2 gündür bir travma keçirdib. Travma nəticəsində 2 gündür təzyiqi qalxıb, görməsi itib. Təzyiqini təcili aşağı salırıq, görməsi artır.
Amma bir xəstə 2 ildir, 3 ildir, 1 ildir 60-70 təzyiqlə gəzirsə, mümkün deyil. Oradan bir gözlənti içərisinə girməməliyik ki, “Görəsən görməsi arta bilərmi?” Bayaq qeyd etdiyim hallarda qlaukoma xəstələrində müalicədən sonra az da olsa görmə fərqi ola bilir.