[Çəpgözlük 1] Çəpgözlüyün növləri

İndiyə qədər bəzi xəstəliklərdən biz seriya olaraq danışmışdıq. 

Nədən danışmışdıq? Məncə, kataraktanı danışmışdıq, qlaukomanı danışmışdıq, eksimeri danışmışdıq, keratokonusu danışmışdıq seriya olaraq. 

Düzdür, tamamlamamışıq hələ bəzi mövzuları. Amma yeni bir mövzudan çəpgözlük haqqında bir seriya başlayaq istəyirəm. Gedə bildiyimiz qədər gedək, sonra da, gələcəkdə sizlərdən gələn sualların əsasında bir az daha detallaşarıq. 

Niyə çəplik yalnız göz problemi deyil?

Çəplik də oftolmologiyada, yəni “gözün problemidir” deyirik, amma sadəcə gözlə əlaqəli deyil. Yəni, bayaq danışdıq ki, “Doktor, çəplik necə bir mövzudur?” 

Çəplik əslində, kənardan asan kimi görsənir. Amma bir göz həkimi, oftalmoloq üçün çətindir. 

Çətinlik – hansı nöqteyi nəzərdən? 

Birinci nöqteyi nəzərdən çəplik sadəcə göz problemi deyil. həm də beyinlə əlaqəli bir problemdir. Yəni sən gözə aid bütün tədbirləri gördüyün halda əgər xəstənin sinir sistemi, emosiyaları, yuxu rejimi, nevroloji (nevroloji, psixoloji, psixiatrik – yəni bunların hamısı girir onun içərisinə) problem varsa, onlar həll olunmasa, sən istədiyin nəticəni əldə edə bilmirsən və yekunda problem sən üstündə qalır. 

“Filankəs məni əməliyyat elədi. Amma bir neçə aydan sonra təkrar bir də çəpləşdi.” 

Əgər mən doğrudan da pis əməliyyat etmiş olsaydım, 2 ay, 3 ay göz ortada olmazdı. Yəni o yaxşı vəziyyəti, yəni 1 ay, 2 ay, 3 ay əgər hər şey yaxşıdırsa, o vəziyyəti qoruyub saxlamaq artıq pasiyentin öhdəliyindədir. Əgər pasiyent “əməliyyat etdik və eynəyi mütləq tax” dediyim halda 

“Doktor, baxdıq, gördük daha gözü yaxşıdır, ona görə biz eynəyi taxmadıq. Eynəyi taxmadıq, bir neçə aydan sonra təkrar…”

və ya

“…bir neçə ildən sonra çəpləşdi”. 

Və ya 

“Saat 10-da mütləq yatılmalıdır!” 

deyirsən. Səhər gəlir: 

“Hə, doktor uşaqdır da… Nə bilim, cavan uşaqdır, səhər saat 6 yatır.” 

Ya da

“Telefonla çox məşğul olmaq olmaz!” 

deyirik. 

“Doktor, səhərdən-axşama qədər telefon əlindədir.” 

Yəni nə gözləyirsiniz bundan? Bu hadisələr açığı, bizi bir az bu mövzulardan bir az daha çəkindirir. Çünki insanlar – qarşı tərəf səni anlamayanda və ya öhdəliklərinə düşənləri yerinə yetirməyəndə sən tək tərəfli o xəstəyə faydalı ola bilmirsən. Bu nöqteyi nəzərdən bir az çəplik mövzusunda bəli, xəstələrin də narazılıqları çox olur. 

Çünki gəlirlər gün ərzində: 

“Doktor, filankəs əməliyyat elədi, sonra belə oldu.” 

Əmin olun ki, işin 80 faizi həkimə bağlı deyil, xəstələrin xətalarıdır, həkim xətası deyil. Ona görə istəyirəm bu mövzudan bir az danışım. 

Əvvəlcə ümumi, nəzəri məlumatlar verəcəyəm. Sonra da başqa videolarda da problemlərin həllinə aid… 

Hansı çəplik növləri var? 

Ən çox rast gəldiyimiz horizontal çəpiklərdir. 

Horizontal çəpliklər 

Horizontal çəpliklər həm içə doğru – ezotropiya və ya foriya, bayıra doğru – ekzotropiya və ya foriya olur. 

Özüm bir az terminlər deyirəm ki, pasiyentlərimizin yavaş-yavaş qulaqlarına otursun. Çox işə yaradığını düşünürəm. Yəni çox xoşum gəlir. Xəstələr bir müddət gələndən sonra hətta bəzən terminlə danışanda artıq qarşındakı oturan insanın hansı səviyyədə söhbət edəcəyini tutursan ki, mən bu insanla hansı mərtəbədə, hansı səviyyədə danışım. Ona görə terminləri deyirəm. 

Ən çox rast gəldiyimiz ezotropia və ya foriyalardır. 

Tropiya və foriya nədir? 

Əgər göz normalda anatomik ox olaraq göz tam orta durubsa, ortoforiya deyirik. 

Əgər bu davamlı içə doğru çəpdirsə, bunlar tropiyalardırlar. Yəni stabildir. Davamlı çəpdir. Uşaq həmişə asimmetrik baxır. Kəiara baxanda da asimmetrik baxırlar. Tropiyalar düzəlmir. Yəni hər səfər bu insan çəp görsənir. 

Foriyalar isə, göz ortadadır, stressli bir moment olanda bir anda göz çəpləşir. Bunun da altında səbəblər yatır. Yəni əslində tropiya da problemdir, foriya da problemdir. 

Ezotropiya və ezofoliya 

Dediyimiz kimi, ya biri daimi çəpdir və ya bir anda gedir, gəlir. Bu videoda növlərini danışım, sonra detallara ayrı-ayrı girərik. 

Ekzotropiya, ekzoforiya nə idi? 

Ekzotropiya – göz tamamən kənardadır. Primer pozision dediyimiz düz baxışda bir göz düz, digəri yana baxır. 

Foriya – gözlər ortadadır, yorğun, dalğın, gərgin oldu, bir anda gedir, toparlanır, gəlir. 

Vertikal çəplik nədir?

Horizontallardan əlavə bir də bizim vertikal çəpliklərimiz var. Vertikal çəpliklərimiz nədir? 

Düz baxışda problem yoxdur. Belə baxırsan, hər şey normal kimi görsənir. Amma yuxarı baxışlarda tam orta-yuxarı baxış, yuxarı-sağ, yuxarı-sol baxışlarda və ya aşağı baxışlarda yenə 3 baxış bucağımız var, kvadratımız var. O bucaqlarda gözün simmetrik hərəkət etmədiyinin fərqinə varılır. 

Misal üçün, yuxarı baxışda göz tamamən paralel, simmetrik yuxarı qalxmalıdır. Amma bir göz düz qalxır, digəri sağ və ya sol yuxarıya qalxır. 

Və yaxud da ki, yan tərəfə baxılanda ikisi də həmin tərəfə baxmalıdır. Amma biri yuxarı-yana baxır, digəri isə, yuxarı-ortaya baxır. Onlarda artıq vertikal çəplik deyirik. 

Kombinə olmuş çəplik nədir?

Bəzən olur ki, bu vertikal çəpliklər horizontal çəpliklərlə müştərək olur. Kombinə olmuş olur. Müalicə taktikamız kombinə olan çəplikdə fərqli olur, simple, yəni sadə olanda fərqli olur. 

Sinir iflicinə bağlı çəplik

Üçüncü bir qrupa bölüm. Yenə… Vertikal çəplikdir, amma düz baxışda problem yoxdur. Sadəcə anormal baş-boyun pozisiyası ortaya çıxardır. 

Uşaq gəlir, başını əyri tutur. 

O qədər xəstələr görürük ki?! İllərdir bu uşaq ortopedə gedirlər, manual masajistə gedirlər, skoliozdan, kifozdan müalicə alırlar. 

Niyə belə boynu əyri imiş kimi gəzir? İnfer oblik hiperfunksiyası var. 

Yəni misal üçün, sağtərəfli 4-cü sinir iflici olanda, həmin tərəfin infer obliki işləmir. Digər tərəfin əzələsinin funksiyası daha artmış olur. Gözün biri yuxarıda olur, biri aşağıda olur, hər şeyi 2 dənə görür. Baxdığı obyektlərin biri yuxarıdadır, biri aşağıdadır. Beyin çox yorulur. Ona görə o natarazlığı toparlamaqdan ötrü uşaq başını əyir. 

Uşaq yaşlarından olur bu, doğuşdan. Çünki, 4-ci sinir parezi əksər hallarda doğuşdan olur. 

Uşaq başı doğuşdan belədir. Çox diqqət çəkmir. Hamı elə bilir ki, onu elə rahatdır. 

Hətta bir pasiyentimiz gəlmişdi bu yaxınlarda. 43 yaşında bir xanım. Baş pozisiyasına baxıram, müayinə edirəm, deyirəm: 

Sizdə 4-cü sinir parezi var. Çoxdandanmı boyunu əyri gəzirsən? Çoxdandanmı boyunu əyri gəzirsən? Çoxdandanmı boyunu əyri gəzirsən? 

Fərqinə varmamışdı. Yanında bir qohumu da var idi: 

“Hə, doktor. Uşaqlıqdan mən belə gəzirəm”. 

Hətta deyir, 

“Mənim anam mənə ad qoyub: ‘mənim boynubükük qızım’ ”. 

Yəni uşaqlıqdan o qədər belə gəzib… Heç kimsə də bunu araşdırmır. Deyirəm ki, bel-boyun ağrıları olurmu? 

“Hə, bel-boyun ağrıları olur.” 

Yəni baş-boyun pozisiyası ilə ortaya çıxan vertikal çəpliklərimiz olur. O çox önəmlidir. 

Beyin probleminə bağlı çəpliklər

Bunun xaricində beyin problemlərinə bağlı olan, beyin qan dövranı pozğunluğu, yəni kontrolsuz şəkər, kontrolsuz hipertoniya, kriz, metabolizm pozğunluğu, soyuğa bağlı insult, iflic buna bağlı beyin sinirlərinin iflicinə bağlı da 3-cü, 4-cü 6-cı sinirə bağlı olaraq göz çəplikləri müşahidə olunur. Kranial sinir ifliclərinə bağlı… 

Görməməyə bağlı çətinliklər

Onun xaricində bir də bizim sensor çətinliklərimiz var. Yəni görməməyə bağlı olan çəplik.

Gözüm biri yaxşı görür, bir dənəsi görmür və ya çox zəif görür. Ona bağlı içə və əksər hallarda bayıra sensor ezo və ya sensor ekzotropiya dediyimiz hallar olur. 

Əsas, ana qrupları ilə qeyd etmək istədiklərim bunlardır. İnşallah daha sonrakı yazılarda bunların detallarına girərik.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir