Göz gigiyenası

Pasiyentlərimə deyirəm, amma bəzən olur vaxt qısa olur, detalları anlada bilmirəm. 

Bəzən pasiyent gəlir ki, Və baxırsan ki, bu adamın işi odur. Ömrünün axırına qədər kompüterlə işləməlidir. O zaman neyləməliyik? 

Əgər bir insan ömrünün axırına qədər kompüterin arxasında olacaqsa, bunun da mütləq bir qaydası olmalıdır ki, bu işi insanın səhhətinə, sağlamlığına zərər verməsin. 

Bunun üçün oxuduqlarımın əsasında mənim belə bir təklifim var. Deyirəm ki, pasiyentlərimizə əgər saatlarla kompüter arxasına oturacaqsınızsa və bu işinizi uzun illər boyunca sizə zərər vermədən davam elədirmək istəyirsinizsə, o zaman mənə qulaq asın. Nədir mənim təklifim? 

50 dəqiqə iş, 10 dəqiqə dincəlmək

Bir saatın içərisində 50 dəqiqəsini işimizə veririk, 10 dəqiqəsini özümüzə ayırırıq. 

5 dəqiqə gözləri dincəltmək

O 10 dəqiqənin də yarısını, 5 dəqiqəsini akkomodasiya əzələlərimizi dincəltməkdən ötrü ya gözümüzü yumuruq, sanki mürgüləyirmiş kimi. Yəni heç bir şeyə baxmırıq, əzələlərimiz boşalsın. Və ya əgər balkon, pəncərə varsa və qabağında bir bina yoxdursa, çox uzaqlara, 1,5 – 2 km uzağa qədər baxa biləcəyimiz bir mühit, atmosfer, obyekt varsa, pəncərədən, balkondan maksimum dərəcədə uzağa baxırıq. O 5 dəqiqəni… 

5 dəqiqə isinmə hərəkətləri

İkinci 5 dəqiqədə isə, davamlı oturduqlarına görə, qan dövranı pozulur. Streç hərəkətləri eləyirik. Dartınma hərəkətləri. 

İndi bilmirəm məktəbdə varmı? Böyük ehtimal var. Bizim vaxtımızda məktəbdə idman dərsində idman öncəsi isinmə hərəkətləri eləyirdik. Yoqada da var o streç hərəkətləri… 

5 dəqiqə ayağa qalxıb bütün qan dövranını artırmaqdan ötrü streç hərəkətləri, dartılma hərəkətləri eləməlidirlər. 5 dəqiqə. 

Kimlər ki bunu tətbiq eləyib, sonra geri qayıdanda, o xəstələr kontrollara gələndə soruşuram, Necədir? deyə. Hələ ondan fayda görmədiyini deyən insan olmayıb. Yəni hamının işinə yarayır. Kompüter arxasında işləyən həmvətənlərimizə, dostlarımıza tövsiyəm bu olardı. Bu, məndən onlara bir tövsiyə.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir