Kataraktanın əlamətləri haqqında əvvəlki yazımızda məlumat vermişdik. Yəni pasiyent şübhələnir bu əlamətlərdən, həkimə müraciət edir və növbəti etap: katarakta diaqnozu təsdiqlənməli və ya inkar olunmalıdır.
Bu yazımızda: “Kataraktanın diaqnozu necə qoyulur?” Əlbəttə ki, əlamətlər çox önəmlidir. Xəstə gəldi, şikayətlərini dedi. Şikayətlərdən biz kataraktaya aid şübhələndik və ümumi qəbul olunmuş müayinələr var:
- görmə itiliyi,
- korreksiya ilə görmə itiliyi,
- gözdaxili təzyiq,
- bəbəyin vəziyyəti,
- buynuz qişanın vəziyyəti və
- bəbəyi böyüdürük.
Dar bəbəklə büllurun şəffaflığının dəyərləndirilməsi tam olmur, doğru olmur. Ona görə büllurdakı bir problemin varlığını və ya yoxluğunu və onun dərəcəsini təyin etməyin tək yolu bəbəyi böyüdüb daha detallı bir müayinə etməkdir.
Kataraktanın diaqnozu “biomikroskop” dediyimiz “slit lamp” vasitəsi ilə nazik işıq şeli büllura yönləndirməklə təyin edirik. Və günümüzdəki o cihazlarımız o qədər inkişaf edib ki, o qədər keyfiyyətli görüntü insana təqdim edir ki, yəni kataraktanın diaqnozunu qoymamaq mümkün deyil və ya çaşdırmaq, qarışıq salmaq mümkün deyil.
Yəni bəlkə də göz xəstəliklərinin içərisində ən asan diaqnozu qoyula bilən xəstəlikdir katarakta. Çünki 2+2=4 bu qədər asan.
Biomikroskopla baxan kimi bütün detallar: periferikdirmi, mərkəzidirmi, nukleardırmı, arxa subkapsulyardırmı – çox asanlıqla bunları differensasiya edib diaqnozunu təsdiqləyə bilirik.
One thought on “Katarakta diaqnozu necə qoyulur [Katarakta: 8]”