Müayinəyə xəstələr gəlir. Biz müayinə sırasında gördüklərimizi səsli olaraq bildiririk, bizim qeydiyyatçı da yazır. Əlbəttə ki, bunları pasiyentlər də eşidir.
Əsl mövzumuzun adı nədir?
“Eyni xəstədə bir neçə katarakt növü ola bilərmi?”
Bəli, olar.
Deməli, qeydiyyat…
Mən müayinədə baxıram, səsli şəkildə deyirəm: “Yaz. Arxa subkapsulyar katarakta, arxa polyar katarakta, nuklear katarakta, kortikal kataraktda…”
Bunların “grade”ləri var (dərəcələndirməsi). Dərəcələrini deyirəm.
Bir baxıram, xəstə çox narahat olur. Müayinə bitəndən sonra:
“Doktor, məndən neçə dənə katarakta var ki?”
Bunların hamısı bir dənə büllurun üstündə gedən hadisələrdir.
Yəni elə büllur var ki, sadəcə kortikal katarakta olur, yəni kənar bulanmış ola bilər. Elə xəstə var ki, kənarla bərabər nucleas dediyimiz nüvə hissəsi, mərkəz hissə də bulana bilər, eləsi var ki, sadəcə arxa subkapsulyar bulanır və ya hamısı bir yerdə olur. Yəni bunun dördü birində də ola bilər və ya tək-tək də ola bilər. Yəni bu şərt deyil, sadəcə lap əvvəlki yazıda da demişdik, kataraktanın bulanma dərəcəsi və yeri cərrahi olaraq bizim o xəstədə davranış şəklimizi, əməliyyatı planlaşdırmağımız və əməliyyatdan sonra hansı nəticələrlə qarşılaşacağımızı daha öncədən təxmin edə bilməyimiz üçün lazımdır.
Yəni əgər kataraktanın növü haqqında detallı məlumatımız varsa, işin gedişatı bizim üçün daha da asanlaşır və xəstə ilə əməliyyat öncəsi əməliyyatın sonrasını rahatlıqla danışa bilirik. Və bu gülməli hissəsi bir büllur bulanması olur, amma fərqli katarakt şəklində özünü göstərə bilər.