Sual bu şəkildə gəldi. Əslində bu bir az tam cavab verə biləcəyim bir sual deyil. Görmə dəyişərmi?
Yəni burada ayırmalıyıq. Bu “yaş” deyəndə yəni, 20 yaşından sonranı deyək. 19-20 yaşdan sonra… Yaş artdıqca göz nömrələri, yəni “gözün dərəcələri” də-yiş-məz! Adətən…
Çox-çox nadir hallarda bəlli, 23-24 yaşına qədər “nömrələr” dəyişə bilir. Amma 99.9% halda “göz nömrəsi” dəyişməz, amma “görmə faizləri” aşağı düşər.
Nə olur? Xəstə gəlir, 19 yaşındadır, mənfi 2 gözündə dərəcə var. Mənfi 2 ilə öz gözü ilə 40% görür, mənfi 2 eynək qoyuruq, 100 faizə çıxır.
Xəstə gəlir, 25 yaşında, 30 yaşında:
“Doktor, görməyim pisləşib!”
Baxıram, deyirəm, yooox-yox, pisləşməyib, “gözün dərəcəsi” yenə də ikidir.
“Doktor, sən deyirsən dəyişməyib. Amma mən hiss edirəm axı, görməyim pisləşib!”
Bəli, “göz nömrəsi” dəyişməz, yenə mənfi 2 qalar, amma “görmə faizimiz” aşağı düşər. Artıq nömrə mənfi 2 olsa belə, ki, əvvəllər də mənfi 2 idi, indi 10% görürük, 5% görürük.
Başa düşdünüzmü? “Görmə faizimiz” aşağı düşür.
Bunun da aşağı düşməyinin səbəbi akkomodasiya əzələlərin yo-rul-ma-sı-dır.
Bu, yaşın artamğına bağlı ola bilər, iş yükünüzün artmağına bağlı ola bilər, yuxusuzluğa, nazaraz yuxuya bağlı ola bilər, psixoloji gərginliyə bağlı ola bilər… Yəni əzələdir. O yoruldumu görmə keyfiyyətimiz aşağı düşəcək.
Belə olan hallarda yəni xəstələrdən xahişimiz: mümkün qədər panikləməsinlər.
Hətta bəzən xəstələr gəlir… Əvvəlcədən demişik:
“Bax ha! Yaş artdıqca…”, uşaqlar üçün keçərlidir “…yaş artdıqca görmə dərəcələriniz pisləşəcək, mənfi 2 mənfi 3 olacaq.”
Gəlir. Doğurdan da mənfi 2 mənfi 3 olub.
“Doktor, uşağın görməsi də pisləşib. Axı biz sənin yanına gələndə uşaq 20% görürdü?! İndi niyə 5 faizə düşüb görməsi? Axı biz eynək taxırıq?!”
Biz eynəyi ona görə taxmırıq ki, bizim görmə faizimiz aşağı düşməsin. Biz eynəyi, yorulmayaq deyə, gözümüz tənbəlləşməsin, gözümüz çəpləşməsin deyə eynəyi taxırıq. Yaş artdıqca akkomodasiya əzələləri gücdən düşəcək və çılpaq gözlə görmələrimiz getdikcə aşağı düşəcək.
Bəli, mənim yanıma gələndə 2 il bundan qabaq 20% görürdünüz, sonra 15 faizə düşdü, sonra 10 faizə düşdü, hal-hazırda 5% görürsünüz.
Bəzən olur, valideynlər:
“Doktor, indi 5% görürsə, demək, 2 ildən sonra heç nə görməyəcək, kor olacaq, hə?!”
Yox! Əksər hallarda, çox anormal nömrələr deyilsə, mənfi 15, mənfi 18, əksər hallarda çılpaq gözlə görmələrimiz 3-5 faiz ərəfəsində davam edir, qalır. O şəkildə qalır. Görməyimizin pisləşməsi zamanla ola bilir.
Hətta gün ərzində belə…
Elə xəstələr gəlir:
“Doktor, bəzən yaxşı görürəm, bəzən pis görürəm.”
Beyin dinc olanda daha rahat görürük, beyin yorğun olanda daha pis görürük.
