keratakonus-risk-qrupu

Keratokonusa kimlərdə rast gəlinir?

Kimlərdə kerakonus ola bilər? Kimlər risk altındadır? – Bu haqda qısa məlumat vermək istəyirəm. 

Ümumiyyətlə, əvvəlki yazımızda da qeyd etmişdik – keratokonus genetikdir. Yəni irsiyyətində keratokonus olan insanlar və onların övladları vaxtaşırı keratokonus baxımından müayinə olunmalıdırlar. Böyük risk altındadılar. 

İkincisi, sürətli şəkildə görməsi pisləşən insanlar. 

Üçüncüsü, korreksiya oluna bilməyən gözlər. Yəni zəif görməsi olub, amma korreksiya oluna bilməyən. 

Bunu bir az açmaq istəyirəm. 

Pasiyentdir, zəif görür. Həkimə getdi. Həkim müayinə elədi. Gözün dərəcəsi mənfi 2 miop, mənfi 1,5 astiqmat… 

Nə qədər dərəcə fərqli olmuş olsa belə, normal miop və astiqmatlarda şüşəni qoyunca görmə istədiyimiz səviyyəyə qalxır. Yəni 100 faizə qalxır. Korreksiya olunmayan miop və astiqmatlar keratokonus riski daşıyır. Yəni, xəstə nömrəsi verildikdə belə, yenə də görməsi kifayət qədər yüksək qalxmırsa, yəni, 90-100 faizə qalxmırsa, bunun altında da keretokonus ola bilər və keratokonus baxımdan yoxlamalıdırlar. 

Ondan sonra, gözündə allergik reaksiyaları olan insanlar. Yəni davamlı gözlər qıcıqlanmalar olur, davamlı gözlər qızarır və davamlı gözlərini ovuşdururlar. Bu xəstələr keratokonus riski altındadır. 

Gözündə quruluq olan insanlar. 

Son zamanlar monitor işləri çoxaldı kompüter telefon gün ərzində çox istifadə edilir və quruluq getdikcə artmaqdadır. Göz quruluğu olan insanlar… Onların özləri də keratokonus riski altındadır. 

Şüalanmalara məruz qalan insanlar. Davamlı monitor arxasında… Ya mühafizəçidir, ya nəyi isə müşahidə etmək ehtiyacı doğur və ya davamlı kompüterin arxasında iş görür. Bu şuallardan mavi işıqlar və ultrabənövşəyi şüaların təsirindən də keratokonusun əmələ gəlmə riski var. 

Ətraflarında radiolokasiya olan, yəni, güclü dalğalar olan insanlar, misal üçün, əvvəllər bizdə Qəbələdə Qəbələ RLS vardı. Orada… Ondan sonra, Naxçıvanda… Ermənistandaki Atom Elektrik Stansiyası. 

Çünkü biz düşünürük… O bölgələrdən çox xəstə gəlir. Özümüzə görə bir analiz eliyirik. “Niyə bu bölgələrdən insanlar gəlir?”

Tutaq ki Şəki-Qəbələ bölgəsində böyük ehtimal o vaxtkı o radiolokasiya mövzusu ola bilər deyə düşünürük və ya Naxçıvan bölgəsində keratokonusun bu qədər çox olması… Onu da daha çox böyük ehtimalla, Ermənistandakı Atom Elektrik Stansiyasına bağlayırıq. 

Əlbəttə ki, bu isbat olmayıb. Təsdiqlənməyib. Bu, dediyim kimi, elmi bir məlumat deyil. Sadəcə bizim şəxsi qənaətimizdir, şəxsi düşüncələrimizdir. 

Az öncə yuxarıda sadaladığım qrupa daxil olan insanlar vaxtaşırı, hətta bizim tövsiyəmiz 7 yaşdan sonra ildə bir dəfə keratokonus baxımından müaynə olmalarını tövsiyə edərdim. 

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir