keratakonus-diaqozu

Keratokonusun diaqnostikası

Keratokonusu necə aşkar etmək mümkündür?

Əvvəlki yazılarda qeyd etdiyimiz kimi keratokonusun hiss oluna biləcək əlamətləri var, amma hiss oluna biləcək əlamətlərin heç birisi keratokonusun varlığını sübut etmir. Keratokonusun varlığını sübut etməkdən ötrü, yəni diaqnozu dəqiqləşdirməkdən ötrü mütləq instrumental müayinə nəticələri olmalıdır. 

İnstrumental müayinə nəticələri deyəndə də ən birinci yerdə gəlir topoqrafiya.  

Düzdür topoqrafiyaya kömək edən bəzi köməkçi müayinə metodlarımız var. 

İstər görmə itiliyi olsun, istər göz dərəcələri olsun, keratometrik dəyərləri olsun və buynuz qişanın qalınlığı… Bunlar bizə keratokonus haqqında şübhələnən məlumatlar verirlər. Amma keratokonusu təsdiqləmənin günümüzdə əsas yolu keratopoqrafiyadır. Yəni buynuz qişanın relyefinin analizin nəticəsində keratokonus diaqnozu qoymaqdır. 

30 il, 40 il bundan əvvəl topoqrafiya ya yox idi… O zamanlar sadəcə əgər buynuz qişanın əyrilik radiusu 46 dioptriyadan yüksəkdirsə “Bu keratokonus baxımından risk qrupu altındadır” deyildik. 

Amma günümüzdə 38, 39, 41 dioptriyalıq buynuz qışa əyriliyinə sahib olan insanlar belə keratokonus olaraq ortaya çıxır. Hətta elə xəstələr gəlir: görməsində heç bir dəyişiklik yoxdur, görməsi 100 faizdir, gözündə heç bir dərəcə yoxdur, emetropa yaxın, 0-a yaxın bir dərəcələri var, astiqmatı yoxdur, amma keratokonus xəstəsi olaraq ortaya çıxıb. Belə xəstələrdə əlbəttə ki, bir də başa qayıdım, keratokonusun diaqnostikasında ən əsas müayinə metodu keratopoqrafiyadır. 

Keratopoqrafiyanın fərqli növləri var. Gələcəkdə onlar haqqında məlumat verərik. Amma keratokonusun skrininqində topoqrafiya çox önəmlidir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir