Katarakt əməliyyatından qorxmalıyammı?

Xeyr. Katarakt əməliyyatından qorxulmamalıdır. Yəni, həkim diaqnoz qoydusa, müzakirə olunub, qərar verildisə, əməliyyat gecikdirilməməlidir.

Amma bundan qorxan insanlar var. Niyə nigaranıq? Ətrafımızdakı insanlardan eşitdiyimiz neqativ təcrübəyə görə… Məsələn, “Bizim qonşu əməliyyat oldu, gözü belə oldu.”

İşin fərqli yönləri var:

  • Birincisi – işin professionalı.
  • İkincisi – texniki infrastrukturu.
  • Üçüncüsü – istifadə olunan materiallar.
  • Dördüncüsü – xəstənin doğru araşdırılması.
Katarakt əməliyyatından qorxmalıyammı? oxumağa davam et