Konjenital katarakta – anadangəlmə mirvari suyu

Katarakta mövzusunda doğru bilinən yanlışlardan bir dənəsi də anadangəlmə kataraktalara aiddir, anadangəlmə “mirvari suyu”ya… 

Bəzi uşaqlar doğulanda mirvari suyu ilə doğulurlar. Bunlar ilk dəfə doğum evində aşkar olunur. Bəzən ola bilsin, çox diqqətli müayinədən keçməz. İlk həftələrdə valideynlər artıq bunu, adətən, hiss edirlər. Həkimə aparırlar, müayinə olunur və təsdiqlənir.  

“Bəli, uşaqda mirvari suyu var, katarakta var – Konjenital katarakta”. 

Nə etmək lazımdır? 

Konjenital katarakta – anadangəlmə mirvari suyu oxumağa davam et

Mirvari suyunu “yetişdirmək” lazımdırmı?

Bəzi doğru bilinən yalnışlar var: Cəmiyyətdə insanların böyük hissəsi hələ də belə fikirləşir ki, əgər “mirvari suyu” (katarakta) əmələ gəldisə, onu “yetişdirmək” lazımdır. 

Bu boş yerə yaranmış bir söz deyil. Bunun altında yatan bir mərhələ var. 

Mirvari suyunu “yetişdirmək” lazımdırmı? oxumağa davam et

Katarakta əməliyyatının mahiyyəti

Katarakta əməliyyatı zamanı bulanmış billur götürülür, yerinə təzə billur qoyulur.

Əlimlə bir şey göstərəcəm: Billurun anatomiyası. Bir dənə kisədir, əlim kisədir. Onun içərisinə jele doldurulub. Bu kisə akkomodasiya edə bilir. Bunun sayəsində biz uzaq, orta, yaxın məsafələri rahat görə bilirik. Bəlli yaşa çatandan sonra billur artıq akkomodasiya qabiliyyətini itirir. Yəni billur artıq elastikliyi itdiyinə görə hərəkət edə bilmir, bir. Sonra yavaş-yavaş sərtləşir. Sonra yavaş-yavaş bulanmağa başlayır. Bulananda artıq katarakta əmələ gəlmiş olur. 

Katarakta əməliyyatının mahiyyəti oxumağa davam et

Katarakt əməliyyatından qorxmalıyammı?

Xeyr. Katarakt əməliyyatından qorxulmamalıdır. Yəni, həkim diaqnoz qoydusa, müzakirə olunub, qərar verildisə, əməliyyat gecikdirilməməlidir.

Amma bundan qorxan insanlar var. Niyə nigaranıq? Ətrafımızdakı insanlardan eşitdiyimiz neqativ təcrübəyə görə… Məsələn, “Bizim qonşu əməliyyat oldu, gözü belə oldu.”

İşin fərqli yönləri var:

  • Birincisi – işin professionalı.
  • İkincisi – texniki infrastrukturu.
  • Üçüncüsü – istifadə olunan materiallar.
  • Dördüncüsü – xəstənin doğru araşdırılması.
Katarakt əməliyyatından qorxmalıyammı? oxumağa davam et