Bakıda işləyən göz hekimi Dr.Refadar Xelilov

Göz həkimi Dr.Rafadar Xəlilov, oftalmoloq-cərrah

Tibb Elmləri Namizədi, oftalmoloq cərrah Dr.Rəfadar Xəlilov Azərbaycan Tibb Universitetini 1999-cu ildə fərqlənmə diplomu ilə bitirib.

Göz həkimi Dr. Rafadar Xəlilov “Yüksək dərəcəli miyopiyaların müalicəsində iki etaplı ekzimer lazer korreksiyasının effektliyi” mövzusunda müdafiə edib (2007) və namizədlik elmi dərəcəsini alıb.

20 ilə yaxın oftalmoloq fəaliyyəti dövründə Dr.Rəfadar Xəlilov Akademik Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəz, Briz-L Göz Klinikası, MediStyle və Dobramed Klinikalarında işləyib. Hazırda fəaliyyətini göz həkimi olaraq Bakıda yerləşən Ayna Göz Lazer Mərkəzində davam etdirir.

Dr.Xəlilov katarakt, qlaukoma, keratokonus, çəpgözlük, ekzimer lazer kimi əməliyyatları və müalicələrini aparır.

Rəfadar həkim fəaliyyət göstərdiyi bu illərdə 20 minə yaxını refraktiv olmaqla on minlərlə oftalmoloji cərrahi əməliyyat icra edib.

O, 30-a yaxın elmi məqalənin müəllifi, 2 səmərələşdirici təklifə və 1 elmi yeniliyə görə patent sahibidir.

Dr.Rəfadar Xəlilov Türkiyə Oftalmoloji, Avropa və Amerika Katarakt və Refraktiv Cərrahiyyəsi Dərnəklərinin üzvüdür.