Tənbəl gözün müalicə üsulları

Əgər hər hansı bir refraktiv qüsurdan və ya şüakeçirici mühitlərin şəffalığının pozulması nəticəsində əmələ gələ tənbəllikdirsə, belə tənbəlliyin müalicəsində sağlam gözün okkuluziyası, yəni qapanması metodu mövcuddur. Biz yaxşı görən gözü gündə bir neçə müddət yenə də tənbəlliyin dərəcəsi, xəstənin yaşı və gözün dərəcəsi, refraksiyası – bunları nəzərə alıb bir müddət təyin edirik. Təxminən 20 dəqiqəmi olsun, yarım saatmı olsun, 2 saatmı olsun, 4 saatmı olsun? Bu qapama müddətində nə olacaq?

Adətən 1 həftə, 10 gün uşaqlarda problem yaşayırıq, gözlərini bağlamaq istəmirlər. Çünki düşün, həmişə normal həyatda 2 gözü açıqdır, amma həmişə yaxşı görən gözü istifadə edir. Biz bu səfər yaxşı görən gözü bağlayan kimi bir anda görmə 100 faizdən 10 faizə düşür. Uşaq artıq bununla bir şey etmək istəmir, ürəyi darıxır. Biz onları məcbur edirik. Valideynlərinə deyirik ki, başlarının üstündə durun, gözünü açmağa imkan verməyin. İsrarla bunu davam etdirsək, bir neçə gündən sonra artıq uşaqlar alışırlar. Nəticədə bu göz artıq yavaş-yavaş görməyə başlayır. Çünki ilk müddətdə beyin zəif gördüyünə görə buradan informasiya almamış olur. Artıq bağladıqca yavaş-yavaş beyin buradan da informasiya alır və buradakı informasiyanı da analiz etməyə başlayır. Uşaqların yaşından asılı olaraq bağlama periodunda bəzən problemlər yaşaya bilirik, qapanma periodunda. Ona görə fərqli-fərqli qapama metodları var. Bizim bildiyimiz ən klassik okludorlar var, optikalarda satılır.

Biz pasiyentlərə deyirik “Qapanma istəyəndə optikalara deyin”. Reseptin üstünə okludor yazırıq. Sol göz bağlanacaqsa, sol göz üçün okludor alınır. Parçadan bir formadır. Eynəyin qoluna, yəni ki, qoluna, qulpuna keçirilir. Lazım olanda çəkirik, gözün qabağını bağlayır. Lazım olmayanda çəkirik, kənarda qalır. Bizim bildiyimiz klassik metoddur. Amma balaca uşaqlarda bunu etmək mümkün deyil. Bəzən şüşənin altından, üstündən, kənardan baxa bilirlər və ya çox dərin ambliopiyalarda gözə işıq düşməyini istəmirik. Elə olan hallarda Eye Pad-lər var.

Eye Pad-lər arxa tərəfi kleyli parçadır. Leykoplasterin bir növüdür. Arxa tərəfin kleyi açılır və gözə yapışdırılır. Uşaqlar onu adətən qoparda bilmirlər. Yəni balaca uşaqlarda Eye Pad-lər daha effektiv olur. Hətta bəzən onların bəzəkli formaları olur. Fərqli-fərqli fiqurlar olur. Elə olan hallarda valideynlərə deyirik,

“Qoyun uşağın özü seçsin. Uşağın özü seçəndə bağlanmağına daha rahat icazə verir”.

3-cü texnologiya işin içərisinə girib. Hazırda bəzi eynəklər var, batareya ilə işləyirlər. O eynəklər polaroid, polarizə şüşələr mexanizminə əsaslanır. Həmin eynəyin çərçivəsində bir boşluq var. Uşağın gözündə refraktiv qüsur varsa, ona uyğun bir eynək yazırıq. Normal başqa eynəklərə necə şüşə düzəldilir, ona uyğun şüşə düzəldilib taxılır. Arxasında isə şüşələr var, polarizə şüşələr.  Onlar belə olanda aydın göstərir, belə olanda qapayır. Proqram vermək olur, “Gündə 2 saatlıq bağla. 2 saat tamamilə eyni vaxtda bağla və ya hissəli bağla və ya 2 dəqiqə açıq qalsın, 2 dəqiqə bağlı qalsın”. Belə fərqli proqramlar verib qapamağı bu şəkildə etmək mümkün olur. Məncə, bu düzdür, bir az, bəlkə də bahalı olsa da, əslində, daha çox işə yarayan olur. Çünki uşaq normal iş fəaliyyəti, həyat fəaliyyəti müddətində hansı gözünün bağlandığının, necə bağlandığının bəzən fərqində belə olmur. Alət onu özü tənzimləyir. Önəmli olan yekunda nəticə əldə etməkdir. Bizim istəklərimiz valideynlər tərəfindən doğru yetirilirsə, əksər hallarda nəticə əldə olunur. Tibbi olaraq 6 yaşına qədər tənbəlliyin – elmdə biz buna ambliopiya deyirik – müalicəsinin 6 yaşına qədər yeri var. Yəni uşağın yaşı 6-dan aşağıdırsa, çox ciddi şəkildə onun üstünə düşürük. Qapanma mütləq yaxşı bir şəkildə, ciddi bir şəkildə olunsun ki, nəticə əldə olunsun. 6 yaşından sonra çox təəssüf ki, nəticə əldə etmə ehtimalımız azalır. Görməni çox da yüksək qaldıra bilməyə bilirik. Okkuluziya haqqında bu qədər. 

6 thoughts on “Tənbəl gözün müalicə üsulları”

  1. Salam menim oglumun 28 yawi var onda tenbel gizluk var uwaqliqdan bir gozu 5 + 2.5 astiqmatizim bir gozu. 90% onu emeliyyatla duzeltmek olur. Sag olun tewekkur edirem

    1. Salam. Refraktiv dərəcəsi müsbət və ya mənfi olan gözün maksimal görmə potensialı eynəklə korreksiya olunur. Düzgün olunmuş eynək korreksiyası, o gözün maksimum görmə faizidir. Eynəklə maksimum göz nə qədər görə bilirsə, əməliyyatdan sonra eynəksiz o qədər görəcək (Əməliyyat doğru icra edilirsə və əməliyyatın gedişində problem olmayıbsa).

Samir üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir