Konjenital katarakta

Katarakta (mirvari suyu) daha çox yaşlılarda müşahidə olunsa da,  uşaqlarda da olur. Biz bunu konjenital katarakta – anadangəlmə mirvari suyunda görə bilirik. Bu uşaqlar mirvari suyu ilə doğulanda baş verir. 

Katarakta mövzusunda doğru bilinən yanlışlardan bir dənəsi də anadangəlmə kataraktalara aiddir, anadangəlmə mirvari suyu. 

Bəzi uşaqlar doğulanda mirvari suyu ilə doğulurlar. Bunlar ilk dəfə doğum evində aşkar olunur. Bəzən ola bilsin, çox diqqətli müayinədən keçməz. İlk həftələrdə valideynlər artıq bunu, adətən, hiss edirlər. Həkimə aparırlar, müayinə olunur və təsdiqlənir.  

“Bəli, uşaqda mirvari suyu var, katarakta var. Konjenital katarakta”. 

Nə etmək lazımdır? 

Əməliyyat. Həkim valideynlərə tövsiyəsini bildirir, “Əməliyyat olunsun”. Amma valideynlərdə çox təəssüf ki, cəmiyyətdən gələn bir şey var. 

“Uşaq hələ balacadır. Qoy, uşaq böyüsün, bir ələ yatsın. Ondan sonra əməliyyat olunar”. 

Ondan sonra onsuz da əməliyyat etməyin bir faydası qalmır ki. Çünki insan doğulduğu gündən gözün inkişafı üçün işıq düşməlidir. 

Bəzi orqanlar var ki, onların görmə mərkəzinin tam fəaliyyəti üçün işıq düşməlidir ki, görmə mərkəzi sarı ləkə (makula lutea) fəaliyyətə başlasın. İşıq düşmürsə, bu mərkəz işləmir. İşləmədiyinə görə yatmış olur. 

Artıq 8 ayında, 1 yaşında, 2 yaşında əməliyyat etsən də, artıq o xəstə çox cüzi, periferik görməsi 3 faiz, 5 faiz ancaq görə bilər. Ondan artıq görmə olmur. 

Ona görə konjenital katarakta olan uşaqlar ilk diaqnoz qoyulduğu periodda vaxt itirmədən əməliyyat olunmalıdır.

2 həftəliyində əgər məlum olubsa, 2 həftəlik, 4 həftəlik, 5 həftəlik, 1 aylıq, 2 aylıq.  Ən erkən vaxtda əməliyyat olunmalıdır. 

Yəni artıq “Uşaq balacadır, bir az böyüsün. Vaxt keçsin”. Elə bir anlayış yoxdur. 

Hə, bir nüans var. Nə olar? Hər xəstəxanada bir aylıq uşağa narkoz verəcək donanım, alət-ədavat, təchizat olmaya bilər. Bəli, o zaman o işi görə biləcək başqa bir həkimə yönləndirilməlidir. Zaman itirilməməlidir. 

“Mənim 3 aylıq uşağa narkoz verəcək təchizatım yoxdur. 1 yaşındakı uşağa narkoz verə biləcək təchizatım var. Mən uşağı gözlətdirim, 1 yaşı tamam olsun. Ondan sonra mən əməliyyata götürərəm”. 

Qətiyyən. O, uşağa edilə biləcək ən böyük zərərdir.

Mənim ola bilər təchizatım olmasa belə, o təchizatı olan başqa bir həkimə mütləq xəstə göndərilməlidir. Xəstə xəstəxanaya göndərilməlidir və ən yaxın vaxtda əməliyyat olunmalıdır. 

O mövzularda valideynlərdən ricam, həkimlərinə güvənsinlər və həkimlərinə etibar etsinlər. O mövzuda həkimlərin dedikləri “Bunu, bunu, bunu edək” deyirsə, “Mütləq, həkim, siz necə məsləhət bilirsiniz, elə də edək”. Bəzən valideynlər “Yox, mən elə istəmirəm. Yox, mən belə istəmirəm”. Yəni elə mövzular var ki, artıq orada valideynlərin istəyinə baxılmamalıdır. Həkim doğru bildiyini etməlidir. Ona görə xəstələr özlərini həkimə təslim etsinlər, etibar etsinlər. Həkim doğru bildiyi nədirsə, onu etsin. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir