Katarakta diaqnozu

Əvvəlki mövzularımızdan biri kataraktanın (mirvari suyu) nə olduğu  ilə bağlı olmuşdu. İndi isə mirvari suyu ilə bağlı diaqnoz qoyularsa, nə etməli olduğumuzla bağlı danışmışam. İzləməyi və suallarınız qeyd etməyi unutmayın. 

Katarakta diaqnozu qoyuldu, nə etməliyəm?

Həkimlə pasiyentlərin arasında müsbət bir körpü, yəni dostluq körpüsünün olmağı önəmlidir. Yəni pasiyentlər problemlərini həkimlərlə danışaraq həll etsinlər, həkimlər xaricində deyil. Yəni məhlədə, qonşuda, qohumda həkim olmayan, işini bilməyən, hətta həkim olub, amma o ixtisas sahibi olmayan insanlarla işlərini, problemlərini müzakirə edib həll etməyə çalışmasınlar. Öz həkimləri ilə ünsiyyətdə olsunlar, həkimlə bir yerdə qərar versinlər.

Diaqnoz təsdiqlənibsə? – “Katarakta”… Katarakta da avtomatik bölünür:

  • Konjenital (yeni doğan, anadangəlmə) katarakta
  • Travmatik katarakta və ya hansı bir metobalizm pozulması nəticəsində əmələ gələn katarakta və ya yaşlılıq kataraktası. 

İki yerə böldük: zamanla qaldıqca problemi arta biləcək pasiyent qrupu və ya katarakta, zamanla problem artmayacaq, sadəcə xəstənin görməsinin aşağı düşdüyü, zəiflədiyi bir hal. 

Bunlara qərar verildikdən sonra, əgər katarakta diaqnozu qoyuldusa, pasiyent artıq gündəlik həyatında kataraktanın varlığını hiss edirsə: televizora baxmaqda, kitab oxumaqda, insanların üzünə baxmaqda, yəni artıq əvvəlki kimi deyilsə, məncə, əməliyyat olunsun.

Çünki kataraktanı gecikdirmək olmaz. 

Birincisi, katarakta heç vaxt geriyə sovrulmayacaq, zamanla onsuz da kataraktamız artacaq. Yəni problemin qabağını almırıq və ya problemi dayandırmırıq, problem onsuz da artmağa doğru gedir. Bu problemi vaxtında həll etmək lazımdır. 

İkincisi, katarakta artdıqca əməliyyatın müddəti uzanacaq. 

Üçüncüsü, əməliyyat bir az daha çətinləşəcək. Biz gözün içərisində ultrasəslə işləyirik. Katarakta nə qədər sərtləşmiş olarsa, daha çox ultrasəs enerjisi istifadə edirik. Daha çox ultrasəs enerjisi bərabərdir daha çox ödem və bu səbəbdən əməliyyatdan sonrakı periodda xəstənin sağalmağı, reabilitasiyası, özünün tamamilə təbii hala geri qayıtmağı daha uzanır. 

Mənə görə… Bəlkə, mən işin içindəyəm ona görə mənə bu mövzular çox asan gəlir danışmaq… Bəlkə də mən göz həkimi olmasaydım, sıravi bir vətəndaş olsaydım, bəlkə də mənim gözümdə bu mövzu böyüyərdi… Amma bu gün gördüyüm qədəri ilə mən olsam, mənə katarakta diaqnozu qoyuldumu, dərhal əməliyyat olmaq istəyərdim.

Yəni katarakta diaqnozu qoyuldu, nə qədər erkən əməliyyat olsaq, o qədər daha bizim xeyirimizədir. Kataraktamızı saxlamaq, katarakta ilə yaşamaq əleyhimizədir. 

Hə, bəzən nə olur? Problemsiz katarakta dediyimiz halların özü belə bəlli zamandan sonra problemli hala keçir. Hə billur zamanla şişir, gözdaxili təzyiqi yüksəldir və psevdoeksfolyativ sindroma keçir, gözdaxili təzyiqi yüksəldir. Və ya bağlar boşalır, bağlar boşaldıqca həm təzyiq artır, həm əməliyyat riskə girir, fəsadlaşır… Bəzi hallar olur, 10 dəqiqəyə planlaşdırdığın bir əməliyyat xəstənin hər hansı bir səbəbdən gecikdirməyi ucbatından bəzən 1 saat, 1,5 saat, bəzi əməliyyatlar var, biz onu narkozla, ümumi anesteziya ilə etmək məcburiyyətində qalırıq… Yəni bu hallara qədər gəlib çıxır. 

Yekunlaşdırsaq… Həkimlərlə dost oluruq, vaxtaşırı müayinələrimizə gedirik və katarakta mövzusu aktual oldumu, diaqnoz qoyuldumu ən yaxın vaxtda əməliyyatımızı planlaşdırırıq. Bu şəkildə… 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir