“Ağıllı lenslər” – trifokal lenslər üçün ideal pasiyent

Əgər belə bir qruplaşdırma olsa…

Birinci: xəstənin yaşının 40-ın üstündə olmağı. 

İkinci: xəstənin daha öncədən hər hansı bir refraktiv qüsurunun olmağı. Yəni, pasiyent daha öncədən də zəif görürdü və eynək istifadə edirdi.

Üçüncü: xəstənin aktiv həyat tərzi. Yəni, bu adam gün ərzində davamlı telefon, kompyuter, kitab, maşın sürmək, avtomobil idarə etmək… Bu kimi aktiv bir həyat tərzi olan insanlar və sinir sistemi stabil olan insanlar. 

Bəzi insanlar var ki, sinirləri çox gərgindir, başları çox yorğundur… Bu lensi implantasiya etdikdən sonra, lensə adaptasiya uzanır və bunu bir problem kimi görürlər. Ona görə əlbəttə ki psixoloji statusu stabil olan insanlar üçün daha tez və daha gözəl nəticə əldə olunur.

Bu saydıqlarım, refraktiv qüsuru olan pasiyentlərin içərisində isə, ən məsud olan, ən çox razı qalan pasiyent qrupu daha öncədən hipermetrop dərəcəsi olan, yəni müsbət dərəcəsi olan, 40 yaşdan öncə xəstənin müsbət 2, müsbət 3, müsbət 4… Hətta elə xəstələrimiz var müsbət 10 dərəcəsi olan xəstələr… Onlar bu əməliyyatdan sonra inanılmaz dərəcədə çox məmnun qalırlar. Və onların o əməliyyatdan sonraki məmnuniyyətlərini, o sifət cizgilərini… 

İnsanlar ümumiyyətlə, əməliyyatın səhərsi günü, artıq yeni həyatlarını anladıb-anladıb bitirə bilmirlər. Belə bir maraqlı bir hal… 

Yəni ki, hipermetrop refraktiv qüsurlu olanlar daha çox fayda görür bu əməliyyatdan. Əlbəttə ki miyoptik qüsurlu olanlar da, onlar uzaqda problemləri olduğuna görə, onlar da faydalanır. 

Amma idea pasiyent dediyimiz, müsbət refraktiv qüsuru olan 40-65 yaş arası, stabil bir psixoloji statusu olan və zəif görmə xaricində heç bir əlavə problemi olmayan insanı qəbul edirik. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir