Bəri başdan deyim ki, qaydasına uyğun məhsulları, qaydasına uyğun şəkildə istifadə edəriksə, heç bir problem yaşamarıq.
Yəni əgər keyfiyyətli məhsuldursa bu məhsul, onsuz da, bütün dermatoloji testlərdən keçmiş olur və istifadə qaydası da hər kəs üçün məlumdur. Qaydasına uyğun istifadə edəriksə, heç bir problemlə qarşılaşmarıq.
Bəzən deyirlər kosmetik vasitələr alergiya verə bilir, quruluq verə bilir, blefarit verə bilir, kirpik tökülməyinə səbəb ola bilir, gözdə konyunktivit.. Bəli, düzdür, bunların hamısını verə bilər. Amma, hansı hallarda?
Düzgün məhsulu doğru şəkildə istifadə etmədikdə və yaxud düzgün olmayan məhsulu, doğru şəkildə istifadə etmədikdə.
Blefarit də verə bilir, kirpik tökülməsini də verə bilir, konyunktivit də verə bilir, quruluq da verə bilir… Amma, ən önəmlisi bunun, məncə, başqa şəkildə də qidaya da tətbiq edə bilərik.
Əgər keyfiyyətli qida istifadə edəriksə, sağlamlığımızla bağlı problem olmaz, amma keyfiyyətsiz qidalar sağlamlığımıza zərərli təsir edir, eyni şəkildə. Yəni kosmetik vasitələr doğru şəkildə istifadə olunarsa, gözə heç bir zərərli təsir etməz. Bu qədər.