“Əməliyyat yaxşı bir şey olsa idi, həkimlər özləri əməliyyat olardılar.”

Niyə bu mövzuya toxunmaq istədim? Çünki son zamanlar xəstələrdən bu mövzu ilə əlaqədar fikirlər çox ortaya çıxdı və buna görə də bu mövzuya mən də öz fikrimi bildirmək istəyirəm.

Pasiyentlər: “Doktor, elə əməliyyat yaxşı olsa idi, həkimlər özləri əməliyyat olardılar. Çünki, biz görürük bəzi həkimlər var ki, hələ də özü eynəkdə davam edir” və ya “Bəzi məşhurlar var ki, onlar hələ də eynəkdə davam edirlər. Əməliyyat doğurdan da risksiz, təhlükəsiz olsa idi, onlar əməliyyat olardılar”.

Buna mənim fikrim nədir? 

Birincisi, Ekzimer Lazer əməliyyatı komfort üçün olunan bir əməliyyatdır. Yəni həyat komfortunu, standartlarını yüksəltmək üçün olan bir əməliyyatdır və yekunda bu bir seçim haqqıdır. Kimisi eynək istifadə edir və eynəyindən məmnundur, eynəyinə davam eləyir. İnsan var eynək istifadə edir, amma, eynək istifadə etmək istəmir, eynək onu narahat edir. Belə olan halda, alternativ axtarır. Bu əməliyyat əlbəttə ki, alternativ axtaranlardan ötürüdür.

Mən 20 ildir bu əməliyyatı icra edirəm Azərbaycanda və şükür Allaha, hələ indiyə qədər peşman olduğum bir xəstəmiz yoxdur. Yəni əməliyyatın riskləri, qorxuları… Əlbəttə ki, hər bir şeyin, evdən çıxıb işə getməyin belə özünə görə bir riski var. Əməliyyat tamamən risksizdir deyə bilmərəm. Amma dünyada ən az risk qrupuna daxil olan əməliyyatdır. Məncə əməliyyat öncəsi bütün nüanslar incə detallarına qədər araşdırılarsa, əməliyyatdan sonra problem yaşama ehtimalınız çox azdır.

Ümumiyyətlə, bu əməliyyatların uğurluluq faizi 96 %-dir. Əməliyyat olan 100 nəfərdən 96-sı ömrünün sonuna qədər bu əməliyyatla əlaqədar problem yaşamırlar. 4 %-i ancaq hər-hansı bir şəkildə diskomfort, narahatçılıq yaşaya bilir ki, onlar da istənilən halda ortadan qaldırıla bilən problemlər olur. 

Yenə, təkrar mövzunun başına qayıdası olsaq,  dedim ki, bu bir seçim haqqıdır.İnsanlar ətrafındakı eynək taxan insanları görürlən. Amma əvvəllər eynək taxıb, sonra əməliyyat olan insanları görmürlər. Yəni mən hər il azı 30-40 nəfər həkim əməliyyat edirəm. O cümlə məncə doğru bir cümlə deyil: “Əməliyyat yaxşı şey olsa idi elə həkimlər əməliyyat olardılar”. Həkimlərin də böyük əksəriyyəti digər insanlar kimi əməliyyat olurlar və əksəriyyəti də əməliyyatın nəticəsindən razı qalırlar.

İşin bir başqa nüansı da var. Müayinəyə gələn və ya əməliyyat istəyən hər kəsi biz əməliyyat edə bilmirik. Çünki müayinə nəticəsində bəzi parametrlərdə problemlər ortaya çıxır. Yəni, yekunda əməliyyatın özünün bir göstərişi var. Bəzi kriteriyalar var. Onlar hamısı toparlanandan sonra biz xəstəyə: “Siz əməliyyat ola bilərsiniz” deyirik.

Əgər müayinə sırasında əməliyyata hər hansı bir əks göstəriş olarsa, xəstə istəsə belə, biz onu əməliyyat edə bilmirik. Əgər müayinə detalla aparılıbsa, təxminən ekzimer lazer üçün gələn 10 xəstədən 3 nəfəri biz geri qaytarırıq: “Sizə ekzimer lazer olunmaz” deyə. Yəni xəstə istəyir, ancaq həkim əməliyyat etmir. Bu qrup var, dediyim kimi…

İkinci qrup: İnsandır istəmir, eynəyindən razıdır, məmnundur və eynək taxmağa davam edir. 

Bu cümlə məncə çox məntiqli cümlə deyil, sadəcə populist bir cümlədir. İnsanlar da bu cümləyə ilişib, bəziləri ki, ortada qalıb: “Eynəkdən narazıyam, amma nə bilim ee?.. Doğurdan da yaxşı şey olsaydı həkimlər elətdirərdilər.” Bu cümlə onları saxlayır, atdım atmağa maneçilik törədir. 

Məncə bu mövzunu həkimləri ilə danışsınlar. Həkimlə danışıldıqda bu mövzu tam aşkarlanmış olur. Aydın olur ki, əslində məsələ nədir?

Bir daha yekunlaşdırım, ekzimer lazer haqqında danışırıq. Ekzimer lazer dünyada ən təhlükəsiz əməliyyat qrupudur və istəyən insanlar, əgər kimsə istəyirsə, könül rahatlığıyla bu əməliyyatı oluna bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir