Mövzumuz göz spazmı. Əslində termin olaraq göz spazmı deyilən bir şey yoxdur. Bunun elmi adıi akkomodasiya spazmıdır. Sadəcə göz spazmı, bir az daha insanlar əksəriyyəti danışanda bu şəkildə danışırlar. Mövzunu anlasınlar deyə adını bu şəkildə qoydum amma elmi adı və danışa biləcəyimiz ad akkommodasiyanıın spazmıdır.
Mövzu niyə aktualdır?
Son zamanlar, xüsusilə də, gənclər arasında “görməyim zəiflədi” şikayəti ilə gələnlər olur və müayinə nəticəsində məlum olur ki, gözdə elə də ciddi dəyişikliklər yoxdur və olan dəyişikliklər subklinik etapdadır. Yəni xəstəlik törədəcək səviyyədə deyil, amma adamın görməsi 60%-ə düşüb, 70%-ə düşüb.
Buna bir izah vermək istəyirəm.
Doğrudan da, gözün ideal dərəcəsi 00 olan çox nadir adam var, 20.000 nəfərdən bir. Yəni bizim əksəriyyətimizdə hər hansı şəkildə 0,25-0,50 refraktiv qüsurumuz var. Fəqət bizim orqanizmimiz, akkomodasiya əzələləri imkanı daxilində onları korreksiya etməyə çalışır, kompensasiya edir və biz o qüsuru hiss etmirik və görməmizdən razı qalırıq. Amma son zamanlar, xüsusilə də, gənclər orqanizmi o qədər yorurlar ki, orqanizmin konpensator gücü qalmır, orqanizm taqətdən düşmüş olur.
Bunu mən pasiyentlərimə belə bir izahat verirəm, düşünün ki, qan təzyiqi 80 – 120-ə normadır. Əgər birisinin qan təzyiqini ölçsək, 82 olsa, biz onu xəstə adlandırarıqmı? Deyərik mi sən hipertoniksən? Yox, eyni şəkildə gözdə də baxırsan, xəstənin görməsi 80% və ya 60%, 0,25 və ya 0,50 dərəcəni qoymaqla 100%-ə qalxır.
Əslində, bədən tükənməmiş olsa idi, taqəti qalmış olsa idi, o xırda qüsurları, refraktiv qüsurları, subklinik dəyişiklikləri bədən özü kompensasiya etməli idi, ortadan qaldırmalı idi. Yəni pasiyent onu problem kimi hiss etməməli idi, amma orqanizm taqətdən düşdüyünə görə ən xırda nasazlıqları belə patologiya kimi qəbul edir.
Nədir bunlara səbəb olan?
Yəni bədənimizin taqətini, konpensator gücünü azaldan nədir?
Ən birinci yerdə durur yuxu pozğunluğu, ikinci yerdə stres, üçüncü yerdə yorğunluq. Mütləq bu mövzuları aşmalıyıq.
Yəni dediyim kimi pasiyentlər gəlir, 15-16 yaşında uşaqlar görmələri, doğrudan da, baxırsan uzaq görməsi zəifdir, bayaq qeyd etdiyim kimi 60%-dir. Buna mən eynək yazım, yoxsa yazmayım?! Əslində, eynək yazılmamalıdır. Eynəyi yazmaq problemi həll etmir. Problem kökündən həll olunmalıdır.
Kökündən həll olunması üçün mütləq, birinci, yuxu rejimi sahmana salınmalıdır.
Mən, ümumiyyətlə, pasiyentlərə tövsiyəm axşam saat 10-dan sonra nə olur olsun yatsınlar, yataqda olsunlar. “Doktor, saat 10-da yatağıma girirəm, yata bilmirəm”, eybi yox 1 gün, 2 gün, 3 gün yuxun gec gələcək, amma bir neçə günə orqanizm o rejimə öyrənmiş olacaq. Xüsusilə də, bu abituriyentlər və ya ali məktəbə hazırlaşan uşaqlar, onlar gecələrini gündüzlərinə qatıb oxuyurlar. Biz də o yolları keçmişik. Gecə saat 1-də, 2-də oxunan dərsdən heç kimsəyə fayda yoxdur. Onların o oxuduqları, sadəcə səhifə olaraq irəliyə getmiş olurlar, amma oxuduqlarının heç birisi dərin yaddaşda qalmır. Bir həftə- iki həftə sonra soruşsan, artıq heç bir şey yadlarında qalmamış olur.
Ona görə bu birinci hissəni biraz daha möhkəmlətmiş olum. Yuxu, saat 10-da yatsınlar, səhər saat 5-də, 6-da qalxsınlar, oxusunlar. O səhər saatlarında oxuduqlarımız dərin yaddaşa keçir deyə, onlar uzun müddət, hətta illərlə yadda qalar və çıxmaz.
İkinci, stres… Cəmiyyət olaraq günü gündən psixoloji gərginliyimiz artır. Bu da istər-istəməz bizdə yenə də akkomodasiyanın spazmını ortaya çıxarır. Üçüncü yerdə yorğunluq, xüsusilə də, bu, son zamanlar onlayn təhsil, uşaqların göz işi artır və yaxına iş çoxaldıqca spazm da artmış olur və xəstə gəlir, bir az öncə qeyd etdiyim kimi xəstənin görmə dərəcəsi 0,25, amma görməsi 50%-dir. Yorğunluğa bağlıdır. Belə olan halda, bizim yenə də istənilən halda müayinə tamamlanır.
Müayinə tamamlandıqdan sonra rəqəmlər, məlumatlar əlimizə gəlir. Bu insanda refraktiv heç bir qüsur yoxdur, sadəcə akkomodasiyanın spazmı var.
Çıxış yolları, bir, yuxunu sahmana salmaq, ikinci, heç olmasa, əyləncə üçün bu monitor işlərini – telefon, planşet, televizor, komputer – maksimum dərəcədə azaltmaq, yəni gün ərzində 1 saatı keçməmək, üçüncü, əgər bunlarla da problemimiz həll olmasa, stresi, o psixoloji gərginliyi aradan qaldırmaqdan ötəri bir psixoloqla konsultasiya etmələrini tövsiyə edirik.
Nadir hallarda bu, xüsusilə də, orta yaş və üstü insanlarda “doktor, mən işimdə əziyyət çəkirəm, görə bilmirəm”, onlara da məcburi olaraq, müvəqqəti spazmı götürmək üçün damcılar yazırıq, amma yenə də dediyim 3 tələb yerinə yetirilir. Bu tələblər ardıcıllıqla yerinə yetrildikdən sonra əksər hallarda, xəstələrin 99%-də görmə ilə bağlı şikayətləri, yəni dumanlı görmə, zəif görmə, xüsusilə də, axşam görmədə əziyyət çəkmə, əksəriyyəti ortadan qalxmış olur.
Ümid edirəm, bu çəkmiş olduğumuz video həmin insanlar üçün faydalı olar və bu tövsiyələrimizə diqqət edərlər, nəzərə alarlar və problemləri azalmış olar, onlar üçün faydalı olar.
Salam eximer emeliyyatdan sonra sag gozde spazm yaranb hekim telefona bacmsam deye olub dedi dogrudur?
Salam. Ola bilər, amma telefondan olma ehtimalı azdır.
Salam həkim mən işlə bağlı müraciətim zamanı gözümdə spazm aşkar olundu mənə elə bir dərman deyə bilırsiz ki, onu töküm 1 gün gözüm görsün və ya bir neçə saat əvvəl töküm düzəlsin öncədən təşəkkür
Salam. Bir həkim gözü əyani müayinə etmədən əsla dərman təyin edə bilməz. Bu pasient üçün geriyədönməz problemlər yarada bilər və zərər verə bilər . Dərman təyin edə bilmək üçün həkim gözü özü müayinə etməlidir
Salam. Mənim sol gözümdə yumanda qapağında batma olur sancır keçir bunun səbəbi nədir
Salam. Quruluq, kalsinat, yad cisim və ya allergiya ola bilər. Müayinə olunsanız dəqiqləşər.
Salam. Mende uşaqlıqdan toyuq korluğu deyilən xəstəlik var. Hava qaralan kimi ayağımın altını sezə bilmirəm. Amma dediyiniz göz spazmi diaqnozu mənə hele neçə illər əvvəl qoyulub. Yuxu problemi yoxdu. Mən de sizin dediyiniz kimi etmişəm hemise. Gece tez yatıb səhər erkən oyanmaq. Amma stress filan əldə olmayan səbəblərdən günü-gündən çoxalır. Artıq əməllicə zəifləyir gözlerim.
Salam. Burda sual nədir?