Göz sulanmasının əsas səbəbləri

Mövzumuz göz sulanması və yaşarması, çox geniş bir mövzudur. Hətta belə dəyərdim ki, bəlkə saatlarla danışılacaq bir mövzudur. Amma qısa-qısa, parçalara böləcəyik. 

Göz yaşarmasının ana səbəbləri və klinik olaraq rast gəldiyimiz bir dənəsi – quruluq; 

İkincisi, yaş ilə əlaqədar qədər punktum stenozu dediyimiz göz yaşı kanalcığı var, həmin o kanalcığın darlığı.;

Üçüncüsü, konyunktivoxalazis dediyimiz konyunktiva qişasının zamanla qırışması; 

Dördüncüsü,  konyunktivitlər nəticəsində;

Beçincisi, “stem cell” çatışmazlığı və bu şəkildə davam edir… 

Amma mənə elə gəlir ki, əsas bəlkə də halların 90 %-ni bu 5 proses, patologiya əhatə etmiş olur. 

Gözdə quruluğun sulanmaya səbəb olması

Quruluq göz yaşı vəzilərinin, göz yaşı istehsalatını azaltmasıdır. Göz yaşı həm kəmiyyət olaraq, həm keyfiyyət olaraq az olur. Göz yaşı kəmiyyət və keyfiyyətcə az olanda, gözdə quruluq olanda, buynuz qişanın sinirləri daha çox qıcıqlanır. Qıcıqlanmanın nəticəsində də göz yaşı vəzi ifrazatı çoxalmış olur, buna görə də davamlı göz yaşı ifrazatı olur. Göz yaşı kəmiyyət və keyfiyyətcə normal olarsa, bu şikayətlər ortadan qalxır. 

Yəni rast gəldiyimiz göz yaşının kəmiyyət və keyfiyyət pozğunluqlarının əsas səbəbi günümüzdə keyfiyyətsiz yuxuya bağlı olur. Yuxu rejimini səhmana salsaq, əksər hallarda, bu şikayətlərimiz ortadan qalxır. 

Hal-hazırda günümüzün böyük hissəsini kompüter və ya telefon arxasında keçiririk və bunun nəticəsində də yenə göz yaşı kəmiyyət və keyfiyyətcə azalmış olur. Yenə bunun nəticəsində də sulanma əmələ gələ bilir. 

Punktum stenoz səbəbilə gözdə sulanma

İkinci, qeyd etdiyim punktum stenozudur. Punktum stenozu, yəni göz yaşı kanalının qapaq kənarında bir balaca girişi var, həmin o girişin hər hansısa bir səbəbdən darlığı və ya bəzən də təmamilə tıxanmasıdır. Daha çox alergik səbəblərdən və orta yaşı keçdikdən sonra, yəni 45-50 yaşı keçdikdən sonra xanımlarda hormonal səbəblərdən punktum stenozu əmələ gəlir və punktum stenozu olunca göz yaşı kanalı kifayət qədər işləmir, ifraz olunan göz yaşı konyunktiva kisəsində qalır və göz sulanmış olur, sulanma ortaya çıxır. 

Konyunktivoxalazis nəticəsində gözdə sulanma

Üçüncü səbəbimiz konyunktivoxalazis dediyimiz haldır. Konyunktivoxalazis Gözümüzün göz almasının üstündə bir qişamız var, kanyuktiva qişası normalda o konyunktiva qişası göz almasının üzərinə tarım çəkilmiş vəziyyətdədir. O tarım çəkilincə göz yaşı durmağa yer tapmır, yəni şümal olduğuna görə sürüşüb gedir. lazım olan toxumaları qidalandırır, sürüşüb gedir. Amma bəzi insanlarda, xüsusilə də, yaşlı adamlarda necə ki, dəridə suyun miqdarı azalır və dəridə qırışlar əmələ gəlir, eyni şəkildə konyunktivada qırışlar əmələ gəlir. Həmin o qırışların arasına göz yaşı mayesi dolduğuna görə pasiyentlər davamlı gözdə sulanma hiss edirlər. 

Elə xəstələrdə çölə su axmaz, amma gözdə su durub qalır, göllənib qalır. Hər dəfə tez-tez əlləri ilə gözlərini sıxıb, silmə, quruluma ehtiyacı hiss edirlər. Bu, əksər hallarda yaşa bağlı olur. Bir neçə dərman istifadə edirik. Dərman problemi tamamən ortadan qaldırmır, amma təxminən 60-70% bir rahatlama verir. Amma həddən artıq çox kəskinləşərsə, onu konyunktivanı gərmə əməliyyatı icra etməklə o problemi ortadan qaldırmaq olur. 

Konyunktivitlərin gözdə sulanmaya səbəb olması

Konyunktivitlər, yəni göz daxilində hər hansı bir proses olanda, bu, alergik mənşəli ola bilər, bakterial mənşəli ola bilər, autoimmun prosesləri nəticəsində konyunktivada hər hansı bir problem olarsa, onun nəticəsində də göz qıcıqlanır və davamlı göz yaşı ifrazı çoxalmış olur. 

“Stem cell” çatışmazlığından gözdə sulanma

Və ən axırıncı maraqlı olanlardan biri “stem cell” çatışmazlığıdır. Bu “stem cell” yetməzlik nə deməkdir? 

Bizim buynuz qişa orqanizmin ən həssas toxumasıdır. Buynuz qişa 5 qatdan ibarətdir. Ən səthi qatımız epitel qatıdır

Epitel qatı həm mühafizə qatıdır kənardan dəyən zərbələrdən gözümüzü qoruyur,  həm də buynuz qişanın stroma qatındakı sinirlərin üstünü örtən qatdır. Yəni sinir qıcıqlandırmasını aradan qaldrımaq üçün mühafizə funksiyasını görür. 

Epitel qatımız davamlı yenilənir, təzələnir. 

Epitelin yenilənməsi üçün gözün buynuz qişasında şəffaf hissə ilə sklera arasında bir limp dediyimiz bölgə var. Həmin limp bölgəsində ana hüceyrələr var, sütun hüceyrələr. 

O ana hüceyrələr davamlı yeni hüceyrə istehsal edir. Həmin istehsal olunan hüceyrələr buynuz qişanın səthinə, mərkəzinə doğru gəlirlər. Kənar təsirlərdən, işıqdan, küləkdən, soyuqdan, zərbədən həmin hüceyrələr məhv olur. Qapaq gəldikcə həmin məhv olmuş mərkəzdəki hüceyrələri yuyur aparır. Davamlı bir miqrasiya var, davamlı bir yenilənmə var. 

Bəzi insanlarda hər hansı bir səbəbdən sütun hüceyrələrin sayı azalmış olur. 

Kobud halda belə bir rəqəmlə deyə bilərəm. Misal üçün bir limp bölgəsində bir kvadrat millimetrdə 100 min dənə sütun hüceyrə olmalıdır. Filankəsdə 60 min dənədir, 50 min dənədir. Avtomatik bu nə deməkdir? Buynuz qişa, epitel qatı kifayət qədər yenilənmir deməkdir. Kifayət qədər yenilənmədiyinə görə zərbələrə, qıcıqlara daha az dözümlüdür və ya dözümsüzdür və daha çox qıcıqlanır, müdafiə oluna bilmir və davamlı göz narahat olur, göz qamaşır sulanır. 

Göz sulanmasının müalicəsi

Bu dediklərimin hamsı özünə görə əhəmiyyətlidir və önəmli olan göz yaşarmasının səbəbi aşkar olunmalıdır ki, səbəbə görə də müalicə taktikası görülsün.

Ümumi bir müalicə üçün, ümumi bir yekunlaşdırma desək, göz sulanmasının qarşısını almaq üçün nələrdən istifadə olunur? 

Ən birinici yerdə nəmləndiricilər durur. 

İkinci yerdə qıcıqlandırmanı azaltmaq üçün qoruyucu eynəklər durur. 

Üçüncü yerdə qıcıqlandırıcı faktorlardan uzaq durmaq, siqaret çəkmirik, tüstüdən, ümumiyyətlə, uzaq dururuq 

Və beşinci səbəbə yönəlik əgər “stem cell” çatışmazlığı varsa, ona qarşı bir tədbir görülməlidir. Əgər alergik konyunktivit varsa, konyunktivitə bağlı tədbir görülməlidir. Punktum stenoz, ona uyğun tədbir görülməlidir və əksər hallarda da müvəffəq oluruq. 

Göz yaşarmalarının səbəbini doğru təyin etdikdə müalicəsini də doğru etmiş oluruq və nəticə qənaətbəxş olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir