Ksantalazma: Göz qapaqlarında sarı ləkələr

Xüsusilə, qadınlarda daha çox rast gəlinir, kişilərdə çox nadir olur, alt və üst göz qapaqlarında sarı rəngdə ləkələr olur ki, bunlar ksantalazmadır. Dəri və dəri altı toxumaya xolesterin və lipetlərin toplanması nəticəsində belə bir sarımtıraq rəngli formada defektlər ortaya çıxır. 

Fərqli ölçüdə olur, bir və ya fərqli sayda olur. Bu xəstəliyin müalicəsi üçün gələn pasiyentlərə ilk tövsiyəmiz mütləq bir terapevtə gedəcəklər, qaraciyər testlərini etdirəcəklər, qaraciyərin funksiyaları yoxlanılmalıdır. 

Metabolizmasını normaya salacaq, ondan sonra cərrahi əməliyyatla ortadan qaldırılacaq. Əgər bu dediyim hallar, xolesterin, lepit sahmana salınmazsa, metabolizma normaya salınmazsa, həmin o defektlər, ksantalazma törəmələr ortadan götürülsə belə, yenə də təkrar əmələ gəlmə ehtimalı və riski çox olur. 

Çox təəssüf ki, bəzən kosmetoloqlar da bu işlə məşğul olurlar, lazerlərlə bunu təmizləyirlər. Kosmetoloqların lazerlə təmizlədikləri pasiyentlərin 60-70%-də çapıq, yəni problem tam ortadan qalxmır, təxminən yarıya yaxın, 50% rahatlayır, amma 50% yenə qalıq qalır və daha sonra çapıqlar əmələ gəlir. 

Əslində bu işin həlli göz həkimləri tərəfindən icra olunmalıdır, oftalmoloqlar tərəfindən açıq cərrahi metodla həmin o toplanmış toxuma ortadan qaldırılır. Əgər dəri defekti əmələ gəlirsə, dəri defekti də uyğun bir şəkildə estetik işlənir və heç bir problem olmadan məsələ tamamilə ortadan qaldırılmış olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir