Xüsusilə, qadınlarda daha çox rast gəlinir, kişilərdə çox nadir olur, alt və üst göz qapaqlarında sarı rəngdə ləkələr olur ki, bunlar ksantalazmadır. Dəri və dəri altı toxumaya xolesterin və lipetlərin toplanması nəticəsində belə bir sarımtıraq rəngli formada defektlər ortaya çıxır.
Fərqli ölçüdə olur, bir və ya fərqli sayda olur. Bu xəstəliyin müalicəsi üçün gələn pasiyentlərə ilk tövsiyəmiz mütləq bir terapevtə gedəcəklər, qaraciyər testlərini etdirəcəklər, qaraciyərin funksiyaları yoxlanılmalıdır.
Metabolizmasını normaya salacaq, ondan sonra cərrahi əməliyyatla ortadan qaldırılacaq. Əgər bu dediyim hallar, xolesterin, lepit sahmana salınmazsa, metabolizma normaya salınmazsa, həmin o defektlər, ksantalazma törəmələr ortadan götürülsə belə, yenə də təkrar əmələ gəlmə ehtimalı və riski çox olur.
Çox təəssüf ki, bəzən kosmetoloqlar da bu işlə məşğul olurlar, lazerlərlə bunu təmizləyirlər. Kosmetoloqların lazerlə təmizlədikləri pasiyentlərin 60-70%-də çapıq, yəni problem tam ortadan qalxmır, təxminən yarıya yaxın, 50% rahatlayır, amma 50% yenə qalıq qalır və daha sonra çapıqlar əmələ gəlir.
Əslində bu işin həlli göz həkimləri tərəfindən icra olunmalıdır, oftalmoloqlar tərəfindən açıq cərrahi metodla həmin o toplanmış toxuma ortadan qaldırılır. Əgər dəri defekti əmələ gəlirsə, dəri defekti də uyğun bir şəkildə estetik işlənir və heç bir problem olmadan məsələ tamamilə ortadan qaldırılmış olur.
salam mənim 40 yaşım var göz ucunda sarı ləkələr oldu. və yandırtdım..sonradan yenidən əmələ gəldi və genişləndi..mən ne edim ki hem özu ləkə olaraq getsin və yenidən əmələ gəlməsin..hekimlə nece elaqə saxlıyım və ilk ödəniş tam məlumat verilsin zəhmət olmasa
Salam. 050 391 94 22, 051 555 58 50 – qeydiyyat nömrələrimizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.