Uşaqlarda anadangəlmə kataraktanın əməliyyat vaxtı

İlk öncə kataraktanın vəziyyətinə baxırıq. Əgər anadangəlmə kataraktadırsa və gözün optik oxunu tutubsa… Yəni ətrafdan işıq şüaları görmə mərkəzinə gedib çatmırsa, katarakta üzündən, katarakta o şüaların görmə mərkəzinə gedib çatmağına maneçilik törədirsə, ən yaxın vaxtda əməliyyat olunmalıdır. Yəni “Əməliyyatın vaxtı?” deyə soruşanda: “Ən yaxın vaxtda”.

Bəzi hallar olur ki, optik mühitlər şəffaf olur. Yəni büllurda hissəvi bulanmadır və şüa keçirici mühitlərin mərkəzi hissəsi şəffafdır. Kənardan, mühitdən gələn işıq şüaları görmə mərkəzinə düşür və bir maneçilik yaranmır. Belə olan hallarda xəstənin görmə itiliyinə çox neqativ təsir göstərmirsə, bəlkə də, gözlənilə bilər.

Amma konjenital kataraktaların əksəriyyəti görmə oxunun üstündə olduğuna görə müayinə olunduğu, diaqnoz qoyulduğu ən yaxın vaxtda əməliyyat olunmalıdır.

İkitərəfli və təktərəfli katarakta

Bəzi hallarda anadangəlmə kataraktalar ikitərəfli olur, bəzi hallarda təktərəfli olur.

İkitərəfli kataraktalarda 3-4 aylıq uşaqlarda belə yenə də əməliyyat ən erkən müddətdə icra olunur və əksər hallarda ikitərəfi birdən əməliyyat olunur. Və bunların effektivliyi daha yüksəkdir.

Amma təktərəfli kataraktalarda, yəni gözün birində heç bir problem yoxdur, bir gözdədirsə və bəzən bu daha gec aşkar olunubsa,6-7 ayında, bunlarda effektivlik ikitərəflilərə nisbətən daha aşağı olur. Bunun da səbəbi…

Misal üçün, sağ gözdə katarakta var, sol göz normaldır. Beyin həmin gözdən gələn informasiyanı qəbul edir. Sağ göz, katarakta olan göz isə tənbəlləşmiş olur, görmə mərkəzi inkişaf etmir. Bəzən 1 yaş, yaş yarım, 2 yaşında bu əməliyyatları etsək belə yüksək bir görmə əldə edə bilmirik.

Yekunda, bizi izləyən insanların əksəriyyəti bir valideyndir, valideynlərə tövsiyəm: Allah qorusun, heç kimin övladının başına belə bir şey gəlməsin. Əgər belə bir hadisə olarsa, kiminsə övladına kontrakta diaqnozu qoyularsa, zaman itirmədən vaxtında əməliyyat olunsun.

Burada ən çox yaşadığımız problem nədir?

Valideynlərin şəfqət duyğusundan irəli gələn yanlış yönəlmələr: “Başqa həkimlərə gedim” və yaxud da ki, “Hələ çox balacadır, buna necə narkoz verərlər?”

O artıq məncə, valideynlərin müzakirə edəcəyi bir mövzu deyil. O məsuliyyəti boynuna götürən həkimin düşünməli olduğu, təşkil etməli olduğu mövzudur. Yəni “Balaca uşaqdır, narkozu necə verim?” Balaca uşaq olsun, böyük uşaq olsun, fərq eləməz. Hər orqanizmin özünə uyğun şəkildə, əlbəttə ki, bir anesteziya metodu var və onun da öz ixtisaslı həkimləri var. Onlar anestiziyasını verirlər, əməliyyat da icra olunur.

Yəni əməliyyatdan qorxmağa dəyməz. Vaxtında icra olunan əməliyyatın həm reabilitasiyası, həm də proqnozu çox yüksək olur.

Hətta bizim əvvəllər əməliyyat olunmuş uşaqlarımız var ki, artıq 12-13 yaşındadırlar və baxırsan həmyaşıdlarından, demək olar, heç bir fərqi yoxdur.

Ən önəmli şey – vaxtında diaqnozu qoyulub, vaxtında müalicəyə başlamaq.

2 thoughts on “Uşaqlarda anadangəlmə kataraktanın əməliyyat vaxtı”

  1. Hörmətli Rəfadar həkim. Mən və yoldaşım diobet xəstəsidir.özümüzün 70 yaxın yaşımız var. görmə qabiliyyəti dumanlıdır.Biz Gəncə ş. yaşayırıq.Sizin qəbula düşmək və müalicə etmək üçün qiymətləri bildirməyi xahiş edirik. hörmətlə.Əlaqə üçün.055 51126 91.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir