Yumşaq və sərt linzalar – Katarakta cərrahiyyəsində

Belə bir sual gəlmişdi, yumşaq və sərt linzalar haqqında… 

Ümumiyyətlə, mövzunu 2 yerə ayırmaq fikrim var. Çünki yumşaq və sərt linzalar həm zkatarakta cərrahiyyəsində istifadə olunan linzalara tətbiq eləmək olar, həm də kontakt linzalara… 

Ona görə hal-hazırdakı danışacağım mövzu katarakta cərrahiyyəsində istifadə olunan linzalar, bir sonraki videoda isə sərt və yumuşaq kontakt linzalardan danışmağı planlaşdırıram.

Ümümiyyətlə, katarakta nədir?

Gözümüzün içərisində olan təbii büllurun yaşlılıq və ya hər hansı bir metabolik proses nəticəsində şəffaflığını itirməsi, bulanıqlaşması… Bunun da bir tək, yeganə çıxış yolu var, o bulanmış büllur kütlələri oradan xaric edilməlidir, yerinə linza qoyulmalıdır. 

Qoyulacaq linzalar da çoxlu xırda alt qruplara bölünür. Amma hal-hazırda suala uyğun olaraq sərt və yumşaq olaraq 2 qruplara bölünür.

Sərt İOL-lar – “intraocular lens”lər “polimetil metakrilat” tərkiblidirlər. Bunlara “PMMA lens”lər də deyirik. Bunlar sərt olduğuna görə qatlanmırlar. Bunlar əslində bir əvvəlki nəsildir, bir köhnə nəsildir. “Fako cərrahiyyəsi” çıxmadan əvvəlki bir nəsildir. Yəni təxminən 2000-ci ildən əvvəlki dövrlərə təsadüf edir. 

O dövrlərdə Fako cərrahiyyəsi olmadığına görə daha geniş bir sahədən kəsik aparılırdı. Bulanmış büllur bütünlüklə çıxardılırdı və yerinə linza qoyulmalı idi və bu linzalar qoyulurdu, sərt linzalar.

Onların həm “optik hissə”ləri var, bir də “haptik hissə”ləri var. Optik hissələri orta hesabla 5,5 – 6 və ya 6,5 milimetr diametrində olur. Əsas şüa sındırıcı hissəsi… 

Bir də onların ayaqları var, haptikləri. Onlar da 11, 12, 13, 14 milimetrə qədər dəyişir gözün ölçülərinə görə. 

Amma daha sonra texnologiya inkişaf etdikcə ultra səslərin tətbiqi ilə daha kiçik kəsiklərdən icra olunan katarakt cərrahiyyəsi inkişaf etməyə başladı. Bunu Fako cərahiyyəsi adlandırırıq – tikişsiz katarakta cərrahiyyəsi… 

Təxminən ilk başda biz 3,2 millimetrlə başlamışdıq, o vaxtı, 2002-ci ildə. Sonra 3 milimetrə düşdü, 2,85 milimetrə düşdü, 2,7 milimetrə, 2,4 və hal-hazırda biz 2,2 mm kəsiklərə düşdük. 

Hətta ortada minimal invazivlərə keçdik. Yəni 1,6 və 1,8-lərdə… Amma bunlar 2,2-dən o qədər də fərqli nəticələr ortaya qoymadığına görə, daha faydalı olmadığına görə geri 2.2-lərə geri qayıtdıq. 

Hal-hazırda istifadə etdiyimiz kəsiklərin eni 2,2 milimetrdir. 

Belə kiçik kəsikdən gözün içərisinə linzanı implantasiya eləmək üçün əlbəttəki, cərrahi texnika inkişafı ilə yanaşı, avtomatik linza texnologiyaları da dəyişməli idi və doğrudan da dəyişdi. “Foldable IOL”lar istehsal olundu. 

Hal-hazırki, bizim o istifadə etdiyimiz linzalar yumşaq və qatlana bilən linzalardır. Və hal-hazırda “preloaded” olaraq gəlirlər, hazır “injektor”un içərisində. Onların “porşen”ləri var. Porşenləri basdıqca düz olan linza yavaş-yavaş “katric”in içərisində qıvrılır, əyilir və 2,2 milimetrlik kəsikdən gözün içərisində implantasiya olunur.

Hal-hazırda, günümüzdə demək olar ki, böyük əksəriyyətlə artıq “yumşaq intraocular lens”lərdən istifadə olunur.

Çox nadir hallarda, həddindən artıq çox sərtləşmiş kataraktdırsa, yəni biz bunu Fako cərrahiyyəsi ilə parçalayıb çölə çıxaracağımızdan əmin deyiliksə və ya fəsadlaşmışdırsa, belə hallarda çox nadir də olsa, yenə də sərt linzalar istifadə edirik. 

Amma dediyim kimi, sərt linzalar çox nadir, ildə bəlkə toplasan 4-5 ədəd ancaq ola bilər. Tamamən istehsalatdan qaldırılmayıb, yenə əlimizin altında saxlayırıq hər ehtimala qarşı. Amma işimizin 99 faizi artıq yumşaq linzalara yönəlib.

Yumşaq linzalarla da istədiyiniz görüntünü əldə edirik və üstünlüyü dediyim kimi qatlana bilib, daha kiçik kəsikdən, daha kiçik tuneldən göz daxilinə implantasiya oluna bilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir