Şəkərli diabet xəstələrində göz problemlərinin mərhələləri

Bir əvvəlki bloq yazımızda şəkərli diabet xəstələrində göz problemlərinin əvvəl, giriş hissəsini danışmışıq. Hal-hazırkı videomuzda şəkərli diabet xəstələrində göz problemlərinin etapları, fazaları… 

Gözdəki şəkərə aid torlu qişadakı dəyişiklikləri biz 2 ana qrupa bölürük köbud şəkildə: “qeyri-proliferativ diabetik retinopatiya” – birinci faza, ikinci faza – proliferativ diabetik retinopatiya.

Bunların hər birinin altyarım qrupları var.

Birinci, qeyri-proliferativ diabetik retinopatiyada kobud bir şəkildə belə bir izahat verə bilərəm: Gözün dibində – torlu qişada baş vermiş dəyişikliklər əgər şəkər, təzyiq, xolesterin, lipid spektrı, yəni, orqanizmdə narahatlıq verən səbəblər ortadan qaldırılarsa, hər şey tənzimlənərsə, o dəyişikliklər geri sovrula bilər. Hətta elə xəstələr var, sanki elə bir problemlər yaşamayıb. O qədər… Cümləni hətta belə deyim, izsiz sovrula bilirlər hətta. 

Ona görə bəzi xəstələr gəlir, şəkər yeni başlayıb, proseslər yeni başlayıb, az qalırsan, xəstəyə yalvarasan. Hətta elə hal olur, xəstənin üzünə baxırsan, xəstə şübhələnir ki, “Bu doktor mənə niyə bu qədər canfəşanlıq edir ki, mənim şəkərim düşsün?” 

Onu gözləyən problemləri o bilmir. Mən həkim kimi bilirəm ki, 2 ildən sonra onu nə gözləyir. 2 ildən sonra elə bir etapa girəcək ki, artıq geriyə qayıdış olmayacaq. 

Və bir insanın 3 il sonrasını, 5 il sonrasını sən xəyalında canlandırırsan, o qədər insana acı verir ki… Və  insanı o uçurumdan qurtarmaqdan ötrü əlindən gələn hər şeyi etmək istəyirsən. Qarşı tərəf səni düzgün anlamasa belə, yanlış başa düşsə belə… Hətta bəzən, bəlkə etik deyil, amma bəzən tanıdığın, bildiyin, güvəndiyin həkimlərə yönləndirirsən endokrinoloq olaraq. Çünki itirməyə vaxtımız yoxdur. Bir neçə ay sonra artıq hadisələr elə cərəyan edə bilər ki, geriyə qayıtmaz bir mərhələyə keçmiş ola bilərik.

Geriyə qayıtmaz mərhələ, yəni proliferativ diabetik retinopatiyaya. 

Əgər proliferativ diabetik retinopatiya başladısa, biz ona artıq korluğun başlanğıcı deyirik. Mən xəstələrimə hətta belə bir izah verirəm, bir uçuruma gedən yol var, xəstə qabaqda uçurum olduğunu bilmir. Mən həkim kimi bilirəm və onu uçurumdan qorumağa çalışıram. Yönünü döndərməyə çalışıram. 

Bəziləri qulaq asır, bəziləri qulaq asmır. Artıq uçurumdan düşür. Yəni 2-ci faza – proliferativ diabetik retinopatiya uçurumdan düşür, geriyə qayıdışı yoxdur. Mütləq o adam nə vaxtsa da yerə dəyəcək. Bizim yerə dəymə, yəni o sonumuz korluqdur. Artıq korluq başlamış olur. 

Burada bizim və xəstənin edəcəyimiz yenə də xəstəyə düşən şəkər kontrolu, təzyiq kontrolu, xolesterin, lipid kontrolu, qan laxtalanması kontrolu, vaxtaşırı müayinələr… 

Biz həkim olaraq da artıq müayinələri daha da dərinləşdiririk, angioqrafiya çəkirik, işemik sahələr müəyyən olunur, işemik sahələr lazerlə işlənilir. Əgər nevaskulyar damarlar olan sahələr varsa və ya görmə mərkəzində, makulamızda ödem varsa, anti-VEGF iynələr var, iynələr vurulur ki, oradakı ödem çəkilsin və proses nisbətən stabilləşsin.

Belə bir fəlsəfəni deyim sizə… Şəkərli diabetdə bizim həkim olaraq etdiyimiz bütün müdaxilələrin müsbət tərəfi ilə yanaşı, mənfi tərəfi də var, zərəri də var. Yəni nə gözəl olar ki, orqanizmin problemlərini stabilləşdirsinlər, normaya salsınlar, biz oftalmoloq olaraq gözə heç bir müdaxilə etməyək. Bizim etdiyimiz müdaxilə tutaq ki, istər ki lazer olsun, istər iynələr olsun, xeyri ilə yanaşı, az da olsa, zərəri var.

Mümkün qədər xəstələri tanımağa çalışırıq. Əgər xəstə doğrudan da kontrol altına alına biləcək bir xəstədirsə, problemləri normaya salına biləcək bir xəstədirsə, mümkün qədər biz prosedurları gecikdirməyə çalışırıq. Əgər lazer edəcəyiksə, lazeri gecikdirməyə çalışırıq. 

Amma elə hallar olur ki, çox təəssüf ki, hadisədən çıxış yolu olmur və məcbur qalaraq bu prosedurları, lazerləri, iynələri etmək məcburiyyətində qalırıq. Əksər hallarda yaşlı adamlarda olur, o yaşlı insanlarda billurun şəffaflığı da azaldığına görə periferiyanı, kənarları lazerlə istədiyimiz kimi işləyə bilməyəcəyimizə görə məcburi katarakt əməliyyatı da olunur ki, göz dibi tamamən işlənə bilsin. Lazerlə koaqulyasiya oluna bilsin. 

Yenə hadisənin yekunu – hər şey gəlir səhlənkarlıq istəmirik, səhhətlərinə qarşı daha diqqətli olsunlar. Əgər şəkərdirsə, mütləq həkimləri ilə mövzunu müzakirə etsinlər. 

“Həkim dərman deyib, mən nə edim, diyeta saxlaya bilmirəm” – Diyeta saxlaya bilmirsə, dərmanın dozasını dəyişdirsinlər. 

“Əsəbiləşirəm, şəkərim qalxır” – bir psixoterapevt və ya nevropatoloqla məsləhətləşsinlər. 

“Qan təzyiqim qalxır, şəkərim qalxır” – Demək ki, qan təzyiqini normaya salmaq lazımdır, kardioloqla məsləhətləşməlidir. 

Yəni bu şəkər xəstəsi bir neçə həkimin kontrolunda bu zərərlərdən qorunmalıdır. Gələcəkdə korluq önlənilməlidir. 

Yekunlaşdırım, bütün bu şeylərin hamısının məqsədi bir insanın Allahın verdiyi ömrü sonuna qədər, yaşıyıncaya qədər gözləri kor olmasın, kiməsə möhtac olmasın. Hədəfimiz budur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir