Bu gün bir az fərqli bir mövzu haqqında danışmaq istəyirəm. “Trifokallarda xəstə məmnuniyyəti”.
Əlbəttə ki, bunun 2 tərəfi var: bir “Həkim tərəfdən hadisəyə baxış”, bir də “Xəstə tərəfdən hadisəyə baxış”.
Bu gün elə maraqlı, bəlkə də, alınacaq, bu gün mənim təəssüratlarım, yəni əməliyyat elədiyim xəstələrin əməliyyatdan sonrakı nəticələrinə aid mənim fikirlərim, sonra da imkan olar o xəstələrlə görüşərsiniz, onlarla danışarsınız hər halda siz, o xəstələrin öz dillərindən də eşidərsiniz, yəni təəssüratlarından necə bir şey olduğunu.
Məncə, trifokal haqqında fikirləşən insanlar üçün o daha maraqlı olar.
Bir misal var, bir insan damdan düşür deyirlər “Gedək həkim çağıraq,” deyir: “Yox, həkim çağırma, mənə damdan düşəni çağır.” Niyə? Çünki, deyir “O, damdan düşəndə nələr edib bilir, o yolu keçib gedib. Ona görə ondan soruşun nə etmək lazımdır.”
Ən yaxşısı trifokal linza qoydurmuş xəstələrdən soruşmaqdır
Kimsə trifokal haqqında fikirləşirsə, əlbəttə ki, ən gözəli əməliyyat olmuş birilərindən məlumat almağı, təəssüratlarını almağı, elə bir qərar vermələrini… Mən də bütün pasiyentlərimə deyirəm forumlara girsinlər, əməliyyat olunan xəstələrlə danışsınlar.
Çünki hadisəyə həkim baxışı… Düzdür, biz mümkün qədər tərəfsiz olmağa çalışırıq, amma bəzən elə hadisələr ola bilər ki, bizim nəzərimizdən qaçmış olar, xəstənin tələbinə uyğun gəlməyə bilər.
Neyro adaptasiyadan sonra şikayət edən xəstə xatırlamıram
2007-ci ildən bifokal, 2012-ci ildən trifokal implantasiyası ilə məşğulam. Yüzlərlə əməliyyatımız var, xəstələrimiz əməliyyat olub.
Az öncə sizinlə görüşəndə ağlıma belə bir şey gəldi, bir balaca keçmişi beynimdə qurcalamağa başladım: “Görəsən, trifokal elədiyimiz xəstələrdən narazı olanımız varmı?”
Əvvəlki videolarda demişdik, ilk 6 aya qədər – o neyro adaptasiya gedənə qədər şübhəsi olan, narahatçılıqları olan olur, amma 6 aydan o yana hələ də şikayəti davam edən açığı xəstə xatırlamıram.
Deməli, o xəstələr ki, daha öncə əməliyyat olublar, ya özləri kontrollara gəlirlər və ya kimləri isə müayinəyə gətirdiklərində söhbət edirik. Hətta birə-bir tanıdığım ətrafındakı insanlar var. Allaha çox şükür, hələ ki belə peşman olan, şikayət edən xəstəmiz yoxdur.
“Mən heç cavan olanda belə aydın görmürdüm”
Mənim üçün çox önəmlidir. Bir həkimin görmüş olduğu işdən narazı qalması ki, “Mən bu işi doğrumu elədim, gördüm?” Bir də qarşı tərəfin narazılığı…
Allaha çox şükür, hələ ki, o mövzuda şikayət edən, narazı olan və ya linzasını eksplantasiya etdiyimiz, çıxartdığımız xəstəmiz yoxdur.
Hətta zaman keçdikcə o lenslərə adaptasiyaları daha da artır.
Elə xəstələrim var nəsib olsa, görüşsəniz özləri təəssüratlarını deyər. Hətta bəziləri “Doktor, heç mən cavan vaxtlar, 18-19 yaşımda belə bu qədər rahat, aydın görmürdüm” deyirlər.
Yenə də uzun bir illəri analiz eləyəndə, bəli, doğrudan da nə yaxşı ki, o əməliyyatı icra etmişik və nə yaxşı ki, yüzlərlə insanın keyfiyyətli görməsinə qovuşmağına səbəb olmuşuq, onların həyat komfortunun atmağına səbəb olmuşuq.
Yaxşı nəticə almaq üçün keyfiyyətli iş lazımdır
Amma bu nəticələri əldə eləmək asanlıqla əldə olmur. Yüksək keyfiyyətli iş tələb eləyir.
Göz bir az fərqlidir. Qarşı tərəfi, yəni əməliyyatı icra edəcəyim orqanizmi – həm yaşayış tərzini, həm standartlarını, həm gücünü, fəlsəfəsini, hadisələrə baxış tərzini… Onları tam öyrənib ondan sonra qərar vermək lazımdır ki, nəticəsi həm xəstə tərəfindən, həm həkim tərəfdən üz güldürücü olsun.