Torlu qişanın qopmasının təkrarlanması

Mövzulardan biri də torlu qişanın qopmasının təkrarlanmasıdır. Əməliyyat etdik, torlu qişanı yerinə yapışdırdıq. Silikon vurduq və nə vaxtsa da, bir neçə aydan sonra silikonu çıxarmağı planlaşdırırıq. Silikon gözdə olduğu halda belə çox nadir də olsa, təkrar bir də torlu qişa qopa bilər. Sonra silikon yerindədir, hər şey qaydasındadır, qərar verildi, silikonu çıxarırıq. Silikonu çıxardığımız vaxtı belə, əməliyyatın gedişatında belə təkrar bir də torlu qişa qopa bilər və yenidən silikon və ya qaz vura bilərsən. Və ya ikinci əməliyyat uğurla keçdi, silikonu çıxardıq, hər şey qaydasındadır, əməliyyatdan 1 ay, 2 ay sonra təkrar bir də qopa bilər. Yəni bu torlu qişanın qopması mövzusu həkimin professionallığına bağlı bir şey deyil. Orqanizmə bağlı bir mövzudur. Yəni “Doktor, nə oldu, əməliyyat etdin, təzədən bir də qopdu, niyə qopdu?” Elə mövzular var ki, artıq onu müzakirə etmək olmur. Yəni bu xəstəliyin gedişatı belədir.

Torlu qişanın qopması əməliyyatı korluqdan qurtarmaqdan ötrüdür

Hətta mənim xəstələrə dediyim torlu qişa qopmalarında xahiş edirəm, “doktor, 2 dəfə əməliyyata girdim, doktor, 3 dəfə əməliyyata girdim…” 

90% halda 1 əməliyyatla iş tamamlanmış olur.. Amma çox nadir halda təkrarlana bilən hadisələr olar, elə olan halda da xəstələr narahat olmasınlar, panikaya düşməsinlər. Çünki bu əməliyyatın bir ucu korluqdur. Yəni torlu qişanın qopması əməliyyatı korluqdan qurtarmaqdan ötrüdür.

Misal üçün, mirvari suyu əməliyyatında elə deyil. Mirvari suyu əməliyyatında xəstə yaxşı görmür, əməliyyat olur, daha yaxşı görür. Yəni korluq mövzusu yoxdur və ya zəif görmə, eksimer lazer, xəstənin -4 diyoptriyası var, -4 şüşəni, eynəyi taxır, kontakt linzanı taxır, yaxşı görür, əməliyyat olunur, yenə də yaxşı görür. Bu, bir az fəqli mövzudur.

Amma torlu qişada işin digər tərəfi, korluqdur. Yəni əməliyyat olunmasa, korluqla nəticələnəcək və elə də olurdu. Yəni bir neçə il – 10 il-15 il bundan əvvələ qədər bu vitrektomiya əməliyyatları inkişaf etməyənə qədər, həqiqətən də, torlu qişa qopması korluqla nəticələnirdi. Sadəcə korluq deyil, daha sonra göz ölçü olaraq dəyişirdi, subatrafiya gedirdi və protezləşməyə gedib çıxırdı.

Şükür Allaha, hal-hazırda texnoloji imkanlarımız bizə imkan verir ki, bu əməliyyatları yüksək səviyyədə icra edək, torlu qişanı yapışdıraq və xəstələri korluqdan qurtaraq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir