Bu gün bölüşmək istədiyim mövzu: “Eksimer lazer əməliyyatı planlaşdıran xəstələrdə nəyə diqqət olunmalıdır? Xəstələr nəyə diqqət etməlidirlər?”
Kontakt linza istifadə ediriksə, eynəyə keçək
İlk öncə artıq müayinə tamamlanıbsa və əməliyyata qərar verilibsə, bütün göz müayinələri və digər müayinələr hamısı hazırdırsa, vaxt təyin olunubsa, hal-hazırda bizim narahatlığımız, birinci iş – xəstələr əgər kontakt linza istifadə edəndirlərsə, ən azı əməliyyatdan bir həftə öncə yumşaq kontakt linza istifadəsini dayandırmalıdırlar. Eynəkləri varsa, eynəklərini taxsınlar. Eynək taxmaqda bir problem yoxdur.
Kosmetika istifadə etməyək
İkinci mövzumuz kosmetik vasitələrdən istifadə edirlərsə, əməliyyat günü heç bir kosmetik vasitə istifadə olunmamalıdır və hətta əməliyyatdan öncə kiprik diblərinin maksimal dərəcədə təmizliyinə diqqət olunmalıdır.
Çünki əməliyyat vaxtı biz əgər kiprik dibləri tam istədiyimiz qədər təmiz olmasa, həmin o kiprik diblərindəki qalıntılar əməliyyat sahəmizdə maneçilik törədir və bizim işimizi ləngidir. Yəni biz əməliyyatın gedişatında bir də kiprik diblərinin təmizliyi ilə məşğul oluruq. Əməliyyatdan öncəki axşam artıq kiprik dibi təmizliyi olunmalıdır və həddindən artıq çox diqqətli təmizlik tələb edirik. Çünki əgər kiprik dibləri tam istədiyimiz kimi təmiz olmazsa, əməliyyat vaxtı həmin o yığıntılar əməliyyat sahəsinə yayılır və bizim işimizə maneçilik törədir. İkinci xahişimiz – kipriyin təmizliyinə maksimal dərəcədə diqqət etsinlər.
Həyəcanı azaldan dərman qəbul edə bilərik
Üçüncü, əməliyyata gəldiyimiz gün, onsuz, biz əməliyyat öncəsi pasiyentlərimizə həyəcanı götürən dərman vasitələri veririk, həblər veririk, amma əslində əməliyyat olanlar bilir, prosesin özü o qədər də narahat olunacaq, həyəcana səbəb olacaq bir proses deyil. 10 dəqiqə – əməliyyat otağına girib-çıxmaq 10 dəqiqə vaxt aparır. Heç bir ağrı yoxdur.
Amma yenə də çox həyəcanlı bir biriyiksə, həyəcanı ortadan qaldıran daha öncələr bir vasitə istifadə etmişiksə, təkrar onlardan istifadə edə bilərlər.
Əməliyyata gələrkən günəş eynəyimizi də gətirək
Əməliyyata gəldiklərində özləri ilə günəş eynəyi, polaroid günəş eynəyi gətirsələr, çox yaxşı olar. Çünki əməliyyatdan çıxandan sonra və günəş şüaları qıcıqlandırır gözü və gözün qorunması üçün eynəyə ehtiyac var. Onun xaricində elə xüsusi bir tələb yoxdur.