Eksimer Lazer əməliyyatından sonra pasiyentlər nələrə diqqət eləməlidir?
Əməliyyat icra olundu, hər şey qaydasındadır, bir problem yoxdur. Pasiyent əməliyyatxanadan çıxdı və tapşırıqlar verildi. Dərmanların istifadəsi başa salınır.
Əsas tapşırığımız: 1) əməliyyatın ilk günündə imkan daxilində gözə su düşməsin, 2) möhkəm ovuşdurulmasın, 3) imkan daxilində xəstənin yanında siqaret çəkilməsin. Bunlara diqqət edirik.
Eksimer lazer əməliyyatından sonra gözləri ovuşdurmaq olmaz
Ovuşdurma mövzusu çox ciddidir, çünki əməliyyat edəcəyimiz xəstələrin böyük əksəriyyəti LASIK prosedurundan keçdiklərinə görə fleblə bağlı bir sıxıntı yaşamamalıdır. Ona görə əməliyyat günü və əməliyyatdan sonrakı 1-2 gün içərisində pasiyentlərdən ricamız imkan daxilində yatarkən arxası üstə yatsınlar. Çünki sağ tərəfə və ya sol tərəfə yatdıqları zaman qeyri-iradi olaraq yastığın bir kənarı belə bəzən flebin qırışmağana və ya yerini dəyişməyinə gətirib çıxarda bilir. Ona görə əməliyyatdan sonrakı ilk günlərdə imkan daxilində arxa üstə uzansınlar.
Növbəti, əgər gözlərində sulanma varsa, narahatçılıq varsa, gözlərini qurutmaq istəyirlərsə, salfeti yüngül şəkildə alt qapağa və kipriyin üstünə tutacaq şəkildə salfeti yaxınlaşdırsınlar və gözlərini qurulasınlar.
Əməliyyatın səhərisi günündən biz icazə veririk normal əl-üz yumağa, çimməyə. Yenə də diqqət eləmək lazımdır gözün içərisinə sabun, su düşməsin ki, gözü ovuşdurma ehtiyacı da olmasın.
Eksimer lazer əməliyyatından sonra günəş eynəyi taxmaq şərtdir
Əməliyyatdan sonrakı ilk günlər günəş eynəyi istifadə etmək şərtdir. O həm günəşdən, həm də gözü zərərli şüalardan qorumaqdan ötrü lazımdır. Daha əməliyyatdan bir neçə gün sonra artıq günəş eynəyi istifadəsi əhəmiyyətini itirir. Pasiyentlərə xoşdursa, istəyirlər, taxarlar və ya istəməsələr, taxmazlar.
Eksimer lazer əməliyyatından sonra dərman istifadəsi
Dərman istifadələri hər klinikanın və ya həkimin özünə görə bir sxemi var. Hər kəs öz sxeminə uyğun pasiyentlərə məlumat verir.
Onun xaricində diqqət olunmalı, elə bir ciddi bir mövzu yoxdur.
Diqqət etməli digər məsələlər
Dənizdir, saunadır, basseyndir… Bizim tövsiyələrimiz imkan daxilində 1 həftə, 10 gün sonra dəniz, sauna, basein… Kosmetik vasitələr isə təxminən 1 həftə sonra istifadə edə bilərlər.
Onun xaricində hətta əgər LASIK metodu icra olunubsa, xəstə sadəcə əməliyyat olunduğu gün istirahət edir, əməliyyatın səhərisi günü artıq normal fəaliyyətinə başlaya bilirlər.
Düzdür, əməliyyatın səhərisi günü tam ideal görüntü əldə olunmur, görmələrində nisbətən dumanlı görmə və bir az dağınıq görmək olur, yayılmış görmə, amma o onların normal gündəlik fəaliyyətlərinə bir maneəçilik törətmir. Bu şikayətlər də bir neçə gün içərisində itir, gedir.
Eksimer emeliyyatindan nece muddet sonra ipek kiprikden istifade etmek olar?ipek kiprik etdirerken istifade edilen dermanlarin gozlere tesiri varmi?
Salam. Hər vaxtınız xeyir. Ümümiyyətlə süni kirpik qoydurmaq tövsiyə olunmur. Nə qədər də olmasa, orada kimyəvi yapışdıcılardan istifadə olunur. Nə qədər dəqiq doğru işlənsə, o qədər az zərərlə işi tamamlamaq olar. Əlbəttə ki, orada istifadə olunan kimyəvi yapışdırıcıların gözə mənfi təsiri var. Mümkün qədər istifadə edilməməlidir. Çox məcburiyyət qarşısındadırlarsa, əməliyyatdan 2 ay sonra ehtiyatlı şəkildə, qaydalara riayət etməklə olar.