eksimer lazerden sonra dumanlı görmənin davam etməsi

Eksimer lazerdən sonra 1) Dumanlı görmənin davam etməsi

Bu dəfə paylaşmaq istədiyim mövzu əslində eksimer lazer əməliyyatlarından sonra gözlədiklərimiz, yəni planlaşdırdıqlarımız, proqnozlaşdırdıqlarımız və əldə etdiklərimiz.

İndiyə qədər həmişə daha çox rast gəldiyimiz 90-95% hallarda əməliyyatın ümumi nəticəsi haqqında danışmışdıq. Amma hal-hazırda vurğulamaq istədiyim nöqtə əməliyyatdan sonra gözlədiyimiz, amma istəmədiyimiz bir nəticələrin ortaya çıxmağı… Yüngül şəkildə belə deyim, hər-halda danışandan sonra bir az daha mövzu aydınlaşar.

Nəyi izah eləmək istəyirəm? Xəstələr gəlir, əməliyyat öncəsi müayinələri tamamlandı. Qərar verildi – əməliyyat olacaq. Əməliyyat sonrası haqqında danışılır – əməliyyatın gedişatı və əməliyyatdan sonra nələrlə qarşılaşacağıq.

Əksər hallarda biz xəstələrə “Əməliyyatın səhərisi günü istədiyimiz görmə əldə olunacaq, dərman istifadə edəcəyik, bir aydan sonra ideal görməyə çatacaq” deyirik. Amma bəzi hallarda, çox az da olsa bu, rastlaşdığımız və gözlədiyimiz nəticələrdən fərqli nəticələrlə də qarşılaşa bilirik və belə olduğu halda da pasiyentlərimiz bir anda gərginləşirlər, panikləyirlər: “Doktor, mən axı əməliyyatın səhərisi günü istədiyim qədər ideal görə bilmirəm.”

Ona görə bu videonu paylaşmaq istədim ki, hamıda əməliyyatdan sonrakı sağalma prosesi eyni cür getmir. Necə ki, orqanizmlər bir-birindən fərqlidir, bir yara yeri, bir yerimiz kəsilir, sağalma fərqli müddətdə gedir, eyni şəkildə də əməliyyatdan sonrakı həm adaptasiya, həm regenerasiya (bərpa olma) tamamən fərqlidir.

Biz danışanda əksəriyyətin üzərindən danışırıq. Yəni, 100 nəfər xəstədən 90-95-də əməliyyatın səhərisi günü istədiyimiz görməni əldə edirik.

Yəni “istədiyimiz görmə” nədir?

İşlərimizi rahat görə biləcək vəziyyətdə bir görməmiz olur: avtomobili idarə edirik, kompüterlə işləyirik yazılarımızı, şəhərdə getmək-gəlmək, bütün işlərimizi görə bilirik. Amma nisbətən duman, çox cüzi bir duman və çox cüzi də dəqiqsizlik – “netlik” olmur. Belə olduqda da pasiyentlər bəzən panikləyirlər, səhərisi gün gəlirlər: “Doktor, axı sanki bir az duman var?”  – Normaldır. “Doktor, sanki elə bir az dəqiqlik yoxdur axı?” – Normaldır, bir neçə günə toparlanacaq. Əksəriyyətinə biz “bir neçə gün” deyirik. Yəni 3 günə, 5 günə bu tamamən ortadan qalxır.

Amma çox nadir hallarda, bəlkə də 300 xəstədən 400 xəstədən birində, ya ikisində bu şikayətlər bir az daha uzun çəkə bilir. Yəni, bəzən 2 ay, bəzən 3 ay. 3 aydan çox çəkəni görməmişəm, amma bəlkə də, 6 ay belə çəkə bilər.

Bu şikayətlərin səbəbi nədir və uzanmağının səbəbi nədir?

Şikayətin səbəbi: Əməliyyat vaxtı biz LASIK əməliyyatında biz fleb qaldırırıq. 

Qaldırdığımız flebin altına əməliyyatdan sonra çox cüzi mikroskopik səviyyədə maye dolur, maye hopur. Əməliyyatdan sonra dumanlı və dəqiq görməyimizin səbəbi odur. O maye sonra bir neçə gün içərisində tamamən öz-özünə sorulur. Amma bu prosesin uzun müddətə yayılması – artıq o orqanizmə aid bir mövzudur. Elə orqanizm var ki, allergiyaya meyillidir, elə orqanizm var ki, orqanizmin immun sistemi zəifdir (müqaməti zəifdir), elə orqanizm var tam tərsinə tamamən hiper-reaktivdir, istənilən müdaxiləyə anormal güçlü reaksiya verir.

Belə olan hallarda da “diplamellar keratopati” dediyimiz, yenə də həmin flebin altına, yenə də eksudativ mayenin dolması, bu da görüntünün dumanını artırır və dəqiqliyi azaldır.

Bunun özü də hətta heç bir müdaxilə olmasa belə, bir neçə aya öz-özünə sorulur. Yüngül kortizonlu dərmanlarla biz bu müddəti daha da qısalda bilirik. Yəni xəstələrin narahatlıqları “uzun sürməsin, daha tez ortadan qalxsın” deyə şikayətləri bu dərmanları istifadə edirik. 

Amma bilmələrini istəyərəm ki, belə hal olsa belə, bunun da daimi qalmayacağının fərqində olsunlar və bir neçə müddətə – bəlkə 4 həftəyə, bəlkə 6 həftəyə, 8 hətəyə ortadan qalxacağına əmin olsunlar.

Mən 21 ildir bu işlə məşğulam. Hələ şükür Allaha, indiyə qədər o halların qalıcı olduğu bir xəstəmiz olmayıb. Dediyim kimi, o prosesi 3 aydan çox çəkən xəstə xatırlamıram mən. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir