Eksimer lazerdən sonra “Yaxın görmə”

Eksimer lazerdən sonra 7) “Yaxın görmə”

Hər vaxtınız xeyir olsun. Bu gün yenə də Eksimer lazer əməliyyatlarından sonra gözləmədiyimiz nəticələr. Bunlardan bir dənəsi də “Yaxın görmə problemi”.

Əslində yaxın görmə problemi bizim gözlədiyimiz və xəstəyə əməliyyatdan öncə məlumat verdiyimiz bir haldır. Miyoplar üçün keçərlidir bu. Bunun izahı nədir? 

“Günahkar” reqressiyadır

Əməliyyat öncəsi xəstənin gözü mənfi refraksiyadadır: -4, -5… Əməliyyatdan sonra bizim planlaşdırdığımız, əgər rəqəmlər 0 olmağını istəyiriksə, alətə verdiyimiz rəqəm… Məsələn, -6-dırsa, -6 da veririksə, əməliyyatın səhərisi günü alət sıfır olaraq da bizə bir nəticə verəcək. Amma bu nəticələr qalıcı olmur. Yəni orqanizmdə reqressiya dediyimiz bir hal var. 

O lazer ki, buynuz qişada bir hissə, bir miqdar toxumanı buxarlandırır, o buxarlanan toxumanı orqanizm bərpa etməyə çalışır. O hissəni, o boşluğu doldurmağa çalışır. Əvvəlki vəziyyətə heç vaxt gəlib çıxmır, amma çox cüzi də olsa, bir balaca oraya doğru meyl edir. Yəni biz əgər əməliyyatdan sonra 0 planlaşdırırıqsa, 0 olur, amma bir neçə aydan sonra -0.50 ilə qarşılaşa bilirik.

Bilərək 0 dərəcə etmirik

Belə bir sıxıntımız olmasın deyə biz əməliyyat planında, əməliyyatdan həmən sonra 0 olaraq planlaşdırmırıq. 0.50 dioptriyadan yaşdan və gözün vəziyyətdən asılı olaraq 0.25 olsun, 0.50 olsun, 0.75 olsun, yəni mənfi dərəcəni müsbətə çevirmiş oluruq. 

Bu sıfırlana qədər, bir müddətdən sonra sıfırlanacaq, biz pasiyentləri orta hesabla 1 ay deyirik. 1 ay içərisində o müsbət 0.75 və ya müsbət 0.50 tamamən gəlib sıfıra keçəcək. 

O periodda pasiyentlər “yaxın”da narahat olurlar. 

Mioplar öyrəşiblər yaxını anormal böyük görməyə, anormal yaxşı görməyə, əməliyyatdan sonrakı bir anda gözün dərəcəsi “+”a çevrilir, “+”a çevrildikdə “yaxın” onlarda çox yorucu olur. 

Yaxın məsfədə gözü işlətməyə davam etmək lazımdır

Amma buna baxmayaraq tövsiyəmiz “yaxın” işinə davam etsinlər. Yorulsalar, qısa müddətdə fasilə etsinlər, istirahət etsinlər və davam etsinlər. O hala nə qədər davam edərlərsə, yəni yaxından işləməyə, narahatçılıqları, yaxın görmə problemləri o qədər sürətli keçib gedəcək.

Eksimer lazerdən sonra yaxıngörmə problemi 1 aya keçirib gedir

Biz orta hesabla 1 ay deyirik pasiyentlərə. Yenə də burada da vacib olan akomadasiya əzələlərinin və sinir sisteminin vəziyyəti, xəstənin emosional halı… 

Əgər rahat adamdırsa, gərgin deyilsə, çox yorğun deyilsə, gənc adamdırsa, orta hesabla 2 həftəyə bu period keçir. Yox, əgər gərginlik varsa, həm iş gərginliyi olsun, həm emosional gərginlik olsun, yaşımız bir az çoxdursa, məsələn, 37, 38, gündəlik monitor işimiz çox olursa və dərəcələrimiz də çox yüksəkdirsə, bu period, məsələn, -6, -7 idi isə bu period bəzən uzana bilir. Bəzən 1 ayı keçir, hətta 2 aya qədər çəkə bilər. Amma orta hesabla 2 ayı keçən mən xəstə ilə rastlaşmadım açığı.

Narahat olmamaq lazımdır

Əməliyyatdan sonra yaxın görmə ilə bağlı bir problemləri varsa, narahat olmasınlar. Bunlar gözlədiyimiz nəticələrdir və zamanla, maksimum 2 aya bunu atladacaqlar, bu şikayət ortadan tamamilə qalxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir