Bütün kataraktlar eynidirmi?

“Bütün kataraktlar eynidirmi?” Bu həm xəstəliyin özü baxımından, həm də nəticəsi baxımından önəmli bir sualdır.

Əlbəttə ki, eyni deyil. Düzdür, biz qruplaşdırırıq, “katarakta” deyirik, amma inandırım o qədər fərqli kombinə olunmuş və mürəkkəblikdə kataraktlara, xəstəliyə rast gəlirik ki. Düşünün, katarakta var, biz 6 dəqiqəyə icra edirik, katarakta var 45 dəqiqə, 50 dəqiqə, bəzən 1 saat yarım bir katarakta əməliyyatını edirik.

Yəni xəstəliyin dərəcəsi, fəsadlaşma, xəstənin ümumi halı – o şeyləri nəzərə alıb iş görülür. Yəni bəzən pasiyentlər: “Ay doktor, filankəs əməliyyat oldu, 8 dəqiqəyə oldu, amma bu əməliyyat oldu yarım saata. Niyə?” Və ya eyni xəstə bir gözünü əməliyyat etmişik 2015-ci ildə: “Doktor, o vaxtı daha asan olmuşdu, indi çətin oldu.” Bəli, çünki üstündən 6 il keçib artıq, o vaxtı vaxtında müraciət olunmuşdu həkimə, fəsadlaşmamışdı, amma hal-hazırda artıq fəsadlaşmış və ağırlaşmış şəkildə həkimə müraciət etdiniz. Ona görə də bunun əməliyyatı o birisindən daha uzun çəkir. Əməliyyat texniki olaraq da əziyyət verir bizə.

Xəstələr mümkün qədər kataraktı katarakt kimi qəbul eləməsinlər. Necə ki, insana insan deyirik, amma nə qədər fərqli xasiyyətdə insanlar var. Katarakta da o şəkildə. Yəni adı kataraktdır, amma gedişatı, nəticəsi belə fərqli ola bilir.

Xəstə var, əməliyyat olur, əməliyyatdan sonra 100 faiz görür. Xəstə var katarakt əməliyyatı olur, əməliyyatdan sonra 10 faiz görür. Və ya hətta bəziləri var tamamən diaqnostik məqsədlə əməliyyat edirik, heç əməliyyatın nəticəsini belə bilmirik. Pasiyentə deyirik ki: “Əməliyyat olacaqsınız, amma əməliyyatın nəticəsində nə olacaq, görəcəksiniz görməyəcəksiniz biz də bilmirik.” Çünki gözün arxası haqqında (retina haqqında), görmə siniri haqqında heç bir məlumatımız yoxdur. 

Və ya ümumiyyətlə fəsadlı bir gözdür əməliyyat olunur ki, gözün arxası haqqında bir məlumat əldə edək.

Və ya elə hallar olur ki, katarakta qaldıqca qlaukomaya səbəb olmuş olur və belə xəstələrdə məlumdur ki, əməliyyatdan sonra görməyəcək, yəni sinir tamamən zədələnib, amma təzyiqi kontrol altına ala bilməkdən ötrü kataraktanı icra edirik. Düşünün, xəstənin görməsi olmur əməliyyatdan sonra, amma ən azından o şişən kataraktanı ortadan qaldırdığımıza görə təzyiq kontrolu edə bilirik.

Təzyiq kontrolunu edincə də nə olur? Xəstənin göz ağrıları azalır və göz forma olaraq göz kimi yerində qalmış olur. Yoxsa həm ağrılardan, həm də formanı itirməkdən qorxuruq və belə bir təhlükə var.

Ona görə tövsiyəm bir az daha diqqətli davransınlar. “Doktor, elə katarakta, kataraktadır da” – Deyil! Əsla deyil!

Yəni bir daha deyirəm, necə ki, fərqli-fərqli xasiyyətlərdə insanlar var, o şəkildə də fərqli-fərqli vəziyyətdə olan kataraktlar var. Həm əməliyyatın gedişatı fərqli olur, həm əməliyyatın nəticəsi. Gözlədiyimiz nəticələr fərqli olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir