lasik-emeliyyatindan-sonra-kontrol-muayineler

Lasik əməliyyatından sonra kontrollar

Əməliyyat olduq, əməliyyatdan sonra getdi evə, səhərisi gün kontrola gəldi xəstə… Yəni,

  • əməliyyatdan 1 gün sonra, 
  • əməliyyatdan 2 həftə sonra, 
  • əməliyyatdan 2 ay sonra, 
  • əməliyyatdan 6 ay sonra. 

Bizim rutin kontrollarımız bu şəkildədir. Əgər heç bir narahatçılıq yoxdursa… Xəstələrimiz üçün bir açıq qapımız var: şikayətləri, narahatçılıqlar oldu istədikləri vaxt gələ bilirlər və ya əlaqə saxlayırlar.

“15 gün sonra gəlsəm?..” – Olar!

Bir də sual verirlər: “Doktor, tutaq ki, 2 həftə sonra gəl dedin, amma işim çıxdı, gələ bilmədim. Bəs mən nə edəcəyəm?” 

Bizim dediklərimiz qanun deyil ki. “2 həftə” deyirik, ya həkimin, ya xəstənin işi çıxar, problem olar 3 gün, 5 gün, bir həftə o yan, bu yan… 

Və ya “2 ayın kontrolu”nu dedik… İllah da həmin gün gələcək deyə bir qayda yoxdur. 3 gün, 5 gün, bir həftə o yan bu yan da ola bilər, əlbəttə ki. Bu, belə həyatı əhəmiyyətli bir şey deyil. 

Önəmli olan şikayətləri varsa, istədikləri vaxt, əgər bir şikayəti yoxdursa, bu dediyimiz qaydalarda əməliyyatın səhərisi günü, 2 həftə sonra, 2 ay sonra, 6 ay sonra, bunlar rutin kontrollarımızdır.

Bəzi xüsusi hallar olur – “özəl vakalar”… Bunlar üçün dəyişə bilir təqiblər. Buradakı səbəblər əgər xəstənin göz dibində problem varsa, xəstənin özünün əməliyyatdan öncə gözündə quruluq varsa və ya başqa bir yanaşı gedən bir problem, patologiyası varsa və ya əməliyyatdan sonra gözləmədiyimiz bir sürprizlərlə qarşılaşırıqsa, bu standartlar dəyişə bilir. Əgər hər şey qaydasındadırsa, rutin kontrollar bu şəkildə.

Bu bir qlobal standart deyil

Əlbəttə ki, bu bir standart deyil. Bu, mənim, Rafadar Xəlilovun istifadə etdiyi bir plandır, sxemdir. Hər həkimin özünə görə bir sxem şəkli var. Yəni ümumi qəbul olunmuş prinsip şəkildə belə bir şeyimiz yoxdur. Mən illərdir bu işlə məşğulam və belə özüm üçün, müalicə elədiyim xəstələrin kontrolu üçün belə bir sxem qurmuşam. Peşman da deyiləm, şükür Allaha, indiyə qədər də nə isə atlamamışıq. Yəni hər hansı bir problem ola, biz nəzərdən qaçırdaq… Belə bir şey olmayıb.

Kontrol zamanı nəyə baxırıq?

Kontrola gəldi, kontrolda nəyi kontrol edirik? Birinci, ilk öncə xəstənin anamnezləri… Nədir şikayətləri? Varmı bir şikayəti? Şikayət varsa, o şikayətə uyğun işlər davam etdirilir. Amma ümumi – “şikayət oldu-olmadı,” xəstənin gözünün dərəcəsi ölçülür, gözdaxili təzyiqə baxılır, görmə faizinə baxılır, biomikroskopiya olunur. Bir də daha öncə əgər gözdibində problem varsa, biz onları həmişə qeyd götürürük, gözdibi problemi varsa, vaxtaşırı gözdibi kontrollarını edirik.

Kontrolun nəticəsi necə ölçülür?

Gözlədiyimiz rəqəmlər çərçivəsində olarsa, bu, parametrlər hər şey yolundadır deməkdir. Əgər refraktiv bir qüsur varsa, bunu araşdırmağa çalışırıq, “axı biz belə şey gözləmirdik, niyə belə bir şeylə qarşılaşdıq?” Və ya təzyiq… İstifadə etdiyimiz kortizonlu antibiotik damcılar çox nadir halda gözdaxili təzyiqi qaldıra bilər, ona görə 2 həftəki kontrolumuzdaki gözdaxili təzyiq bizim üçün çox önəmlidir, təzyiqə nəzarət edirik. Əgər təzyiq qalxarsa, artıq hipotenzial dərman yazırıq təzyiqi aşağı salmaqdan ötrü.

Bütün kontrollarda bu müayinələr yerinə yetirilir. 

Xəstələrin xüsusi bir şikayəti olarsa, əlbəttə ki, kontrol vaxtı həmin şirkətlər də dəyərləndirilir, ona uyğun bir tədbir görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir