Niyə bu gün ondan danışmaq istəyirəm? Çünki son zamanlar bununla bağlı bəzi problemlər yaşayırıq. Onu bir az müzakirə edək. Düzdür, mən pasiyentlərlə bu mövzuları müzakirə edirəm. Amma istəyirəm hər kəs üçün bir az aydın bir mövzu olsun.
Göz bir kamera olmaqla yanaşı, gözün ətrafında əzələlər var – akkomodasiya əzələləri. Bu akkomodasiya əzələləri birbaşa gərginliyə bağlı, yəni sinir sistemindən də idarə olunur. Əgər psixoloji gərgin olarıqsa, bu əzələlər daha çox gərilmiş olur – spazm olur və biz görmə ilə bağlı problem yaşaya bilərik.
Xəstələr gəlirlər: – Nə şikayətiniz var?
– Doktor, görməyim dumanlaşıb. Dumanlı görürəm, uzağı yaxşı görmürəm.
İlk müayinədə baxırsan refraktometriyada, hətta gözün dərəcəsi mənfi 2, mənfi 2,5. Özün çaşırsan belə bir şey olmaz ki, “Mən əməliyyat eləmişdim guya xəstənin gözünün dərəcəsi minimal 0-a yaxın bir dərəcə olsun. Bu hardan çıxdı?”
Psixi gərginliyə bağlı göz əzələlərində spazm
Belə olan hallarda bizə yol göstərən faktor nə olur? Sikloplegiya edirik – yəni gözətrafı əzələlərin gözün dərəcəsinə təsirini sıfırlamaqdan ötrü gözətrafı əzələlərinin müvəqqəti olaraq dərmanla iflic edirik.
Bu əzələlərin təsirini ortadan qaldırandan sonra təkrar refraktometriya edirik, baxırıq gözün dərəcəsi 0,0 ya müsbət 0,25, ya mənfi 0,25. Sonra aydın olur ki, sən demə, gözün dərəcəsi, yəni az öncə gördüyümüz mənfi 2 və mənfi 2,5 tamamən spazmdır – gərginliyə bağlıdır.
Belə olan hallarda istənilən halda biz pasiyentlərə mütləq psixoloji rahatlama tövsiyə edirik, stressdən uzaq qalsınlar.
Əgər bunu eləmə imkanları varsa, qıcıq mənbələrini bilirlər, o qıcıq mənbəsindən uzaq qala bilirlərsə, nə gözəl. Yox, əgər qıcıq mənbələrini bilmirlərsə və ya istənilən halda, yəni: “İşdə mən gərginəm, özümdən asılı deyil. Mütləq də işləməliyəm.” O zaman mütləq bir psixoterapevtlə görüşüb antidepressant almalarını tövsiyə edirik.
Bəzi xəstələr psixi gəngin olmadıqlarında israr edirlər
Bəzi xəstələrimiz israrla inad edirlər. Bu hətta bəzən güvənsizlik əmələ gətirir: “Yox e.. Doktor, axı mən eynəklə daha yaxşı görürdüm. Yox e.. Doktor, axı əməliyyatdan təzə-təzə bundan yaxşı görürdüm” və ya “Doktor, keçən ay bundan daha yaxşı görürdüm.
Bəziləri var biz onu, yəni bu şeyə inandırmaq bəzən aylarla vaxtımızı ala bilir. Bəzən… Amma yekunda onlar da baxırlar, başqa çıxış yolları olmur. Antidepressant istifadə edən kimi bütün problemlər ortadan qalxır.
Hətta, isti-isti… Dünən bir pasiyentimiz gəlmişdi. Əməliyyat etdik, əməliyyatdan sonra 100 faiz görmə gözləyirdik və əməliyyatdan sonrakı ilk kontrolda, 2 həftənin kontrolunda 100 faiz görmə ilə gəldi. Daha sonra görməsi azaldı 80 faiz, 60 faiz… və hər səfər gəldikcə daha da gərgin: “Doktor, mənim görməyim daha da pisləşir. Doktor, görməyim pisləşir.” Mən dediyim kimi dərman tökürük, baxırıq emetropa yaxınlaşır.
Nə isə… Psixoterapevtə gedib antidepressanta başlayıb… Və dünən gəldi görmələri toparlanıb, şükür Allaha. O qədər təşəkkür edir: “Doktor, Allah sizdən razı olsun! Gözüm qalsın bir qırağa, özüm rahatlamışam. Yəni beynim o qədər gərgin imiş.”
Bəzən içində olduğumuz psixoloji durumu qiymətləndirə bilmirik
Bəzən insan o andakı durumunu tam dəyərləndirə bilmir. Yəni elə bilir ki, elə normaldır. Buradan da bir fürsət varkən, həkimlər məsləhət eləyəndə həkimlərin o mövzuda sözünə qulaq assınlar. Yəni həkimin tövsiyəsindən zərər görməzlər. Çünki axır zamanlar hər tərəfdən həm iş olaraq, həm ətraf mühit olaraq, yəni qıcıqlanma faktorları çoxdur və istər-istəməz hamımızın emosional gərginləşməyimizə səbəb olur.
Az öncə dediyim kimi, əgər özümüz bunu idarə edə biliriksə, nə gözəl. Yox, idarə edə bilmiriksə… Çünki bəzən elə bir etapa gəlib çıxır ki, artıq biz özümüz belə özümüzü idarə edə bilmirik, psixoloji gərginliyimizi üstümüzdən ata bilmirik. O zaman kənardan bir dəstəyə ehtiyacımız olur.
Psixoloji dəstək alırsınızsa, öncədən deməyinizi xahiş edirəm
Və bir xahişim də burada… Əgər daha öncə psixoloji və ya psixiatrik bir problem yaşamış insanlar varsa, əməliyyatdan öncə bizə onu bildirmələrini istəyirik. Çünki bəzi pasiyentlər var əməliyyatdan sonra, az öncə dediyim kimi, görmə ilə bağlı problemlər yaşamağa başlayırıq, sonra məlum olur ki, sən demə, psixiatrik biz müalicələr alırmışıq. Elə bir neçə pasiyentim var və yenə də onlarda da özləri öz başlarına müalicələrini yarıda kəsirlər, həkim tövsiyəsi almadan və problem yaşanır.
İstənilən halda bu gözün görməsinə də təsir edir və ya insanın normal digər həyat fəaliyyətinə də təsir edir.
Belə olan hallarda, əlbəttə ki, bizim tədbir görə bilməyimiz üçün və ya hadisələri doğru dəyərləndirə bilməyimiz üçün bizi məlumatlandırmaqlarını rica edirik pasiyentlərdən.