Danışmaq istədiyim bugünki mövzu: “Təcili hallarda nə etməli? Gözlə bağlı təcili bir hadisə olduqda nə etməli?”
Bəzən pasiyentlər vaxtsız zamanlarda zəng edirlər, gecə saat 2-də, 3-də: “Doktor, svarkaya baxmışam, gözüm qızarıb, ölürəm. Mən nə eləyim?” və ya “Doktor, əməliyyat olmuşam, gözüm ağrıyır. Mən nə eləyim?”
Bu kimi hallar olarsa, başqa problem olanda nə edirlərsə, onu etməlidirlər. Yəni təcili yardım xidmətini çağırmalıdırlar. Əgər belə bir altından qalxa bilinəcək bir vəziyyət deyilsə, mütləq təcili yardım çağırılır, təcili yardım istənilən halda onlara hər hansı bir şəkildə kömək edəcək. Əgər evdə xəstənin vəziyyətini səhmana salmaq mümkündürsə, evdə səhmana salacaqlar, evdə səhmana salmaq mümkün deyilsə, bir xəstəxanaya götürülüb tibbi yardım göstəriləcək.
Panikləyib ortada qalırlar: “Mən nə eləyim? Həkimə zəng elədim, həkimin telefonu bağlıdır, həkimə zəng çatmadı. Bəs mən nə eləyim?”
Əlbəttə ki, belə halda olunacaq bir şey təcili tibbi yardıma zəng edib onlardan yardım istəmək və 99 faiz halda onlar kifayət qədər təcrübəli, işə yarayan, faydalı iş görürlər və pasiyentlərə yardım edirlər.