zeifgormenin-lazerle-korreksiyasi

Eksimer lazer ilə zəifgörmənin korreksiyası

Zəif görmələr deyəndə bizim 3 ana qrupumuz var: miop, hipermetrop, astiqmat.

Miop nədir?

Yaxını yaxşı görürlər, uzağı pis görürlər. Hipermetrop yaxını pis görür, uzağı yaxşı görürlər. Astiqmat görüntü kəmiyyət olaraq bir şeylər var, amma keyfiyyət olaraq çox bərbaddır, dağınıq görüntü var. 

Və bunların da alt qrupları var: miopun astiqmatı, hipermetropun astiqmatı.

Bu astiqmatların və ya miop – hipermetrop refraktiv qüsurlardır bunların ümumi adı. 

Refraktiv qüsurların korreksiyası, yəni problemin həlli müvəqqəti və daimi olaraq 2 yerə bölünür. 

Müvəqqəti korreksiya metodları

Müvəqqəti korreksiya metodları 2 dənədir: eynək korreksiyasıkontakt linza korreksiyası.

Əvvəllər, yəni ilk başlayan korreksiya metodu, əlbəttə ki, eynəkdir. Kontakt linza korreksiyası daha sonralar başladı. Bunlar ikisi də qeyd etdiyim kimi müvəqqəti korreksiya metodlarıdır. Yəni eynək və ya kontakt linza taxdığı müddətdə yaxşı göstərir, çıxartdığı müddətdə yenə əvvəlki vəziyyətinə geri qayıdır.

Daimi korreksiya metodları

Bəzi pasiyentlər daha fərqli bir şey istəyir. Ya da bəzən elə gözlər olur ki, o gözlər eynək və ya kontakt linza istifadə edə bilmirlər. Gözlərin parametrləri uyğun olmur və ya komfort olaraq insanlara rahat deyil. Belə olan hallarda alternativ olaraq Eksimer lazer korreksiyası təklif olunur.

Eksimer lazer korreksiyası həm miop, həm hipermetrop, həm astiqmat üçün keçərlidir. 

Eksimer lazer korreksiyası nədir?

Eksimer lazer korreksiyasının mahiyyəti nədir? 

Buynuz qişa ki var, bizim gözümüzün ön təbəqəsi, şəffaf təbəqə, həmin təbəqənin profilində lazer şüaları vasitəsilə dəyişiklik olunur.

Miop və hipermetropu necə düşünmək olar? Gözümüzün önündə buynuz qişa var, onun əyrilik radiusu var, o əyriliyin radiusu normada 43, 44 dioptriya olmalıdır. Əgər normadan çox dik olarsa, miop – yəni yaxını yaxşı görürlər, uzağı pis görürlər, normadan yastı olarsa, hipermetrop – bunlar yaxını pis görürlər, uzağı yaxşı görürlər. Eksimer lazer vasitəsilə biz buynuz qişanın profilini dəyişdiririk, əgər normadan çox dikdirsə, yasdılaşdırırıq və ya çox yasdıdırsa, ablasiya kənarlarda gedir və dikləşməyə başlayır.

Əlbəttə ki, burada yasdılaşdırma və dikləşdirmə işi gözün dioptriyasına uyğun olaraq, dərəcəsinə uyğun olaraq lazer tərəfindən hesablandırma aparılır və bunun nəticəsində buynuz qişanın profili dəyişmiş olur. Yeni bir profilə sahib buynuz qişa əldə edirik, hansı ki, bu profildə buynuz qışa o göz üçün, o fərd üçün ən ideal görməni təmin edir. 

Əlbəttə ki, bu əldə edəcəyimiz profillər üçün fərqli metodlar var, yəni lazer şüasının yönləndirilməsi üçün. İnşallah, daha sonralar daha xırdalıqlara keçərik bu “wavefront” analizləridir və yaxud da ki, “topoguided” analizləridir. Bunlar vasitəsilə, əlbəttə ki, daha ideala yaxın bir görüntü əldə olunur. 

Yekunda Eksimer lazerin məqsədi buynuz qışanın profilini dəyişməklə bir gözün və ya bir insanın görə biləcəyi maksimal görməni təmin etməkdir.

Eksimer lazer – Dünyada ən çox icra olunan əməliyyat 

Eksimer lazer uzun müddətdir, 10 illərdir istifadə olunur. Hətta ilk dəfə 1976-cı ildən eksimer lazerin fəlsəfəsi başlayıb, 1988-ci ildə ilk görən göz üzərində əməliyyat icra olunub və artıq 92-93-cü illərdən dünyada yayılmağa başladı. Hal-hazırda dünyada ən çox icra olunan əməliyyat növüdür. Orta hesabla ildə 8 milyona yaxın insan Eksimer lazer vasitəsilə öz görmələrinə qovuşurlar.

Ölkəmizdə minlərlə insan hər il eksimer lazer vasitəsilə görmələrinə qovuşur.

Ölkəmizdə, Azərbaycanda Eksimer lazer 2000-ci ildən fəaliyyətə başladı və çox fəxr edirəm ki, ilk günlərdən bu Eksimer lazer komandasının tərkibində olmuşam və şükür Allaha, 20 ildən çox bir təcrübəyə sahibik. Minlərlə insan əməliyyat etmişik və bu minlərlə insan hər görəndə təşəkkürərini bildirirlər. Bu əlbəttə ki, bizim üçün növbəti fəaliyyətlərimizdə bir stimul olur və bizi ürəkləndirir, cəsarətləndirir, sevindirir.

Pasiyetlərə, əlbəttə ki, belə bir yeniliyin istifadə olunmasını tövsiyə edirəm. Yəni əgər eynəklə bağlı və ya kontakt linza istifadəsi ilə bağlı narahatçılıqları varsa, alternativ bir metod axtarırlarsa, rahatlıqla Eksimer lazer olmalarını tövsiyə edirəm.

2 thoughts on “Eksimer lazer ilə zəifgörmənin korreksiyası”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir