Düzdür, hər səfərində bu əməliyyatın effektivliyi barəsində məlumat veririk. Amma nə qədər təhlükəsizdir? İnsanların yenə də hələ də ağılların ucunda bir suallar qalır: “Bu əməliyyatı etdirsəm sonralar bir problem yaşaya bilərəmmi? Bir zərəri ola bilərmi? Nə də olmasa lazerdir…”
Bir əvvəlki yazımızda demişdik. İllərdir, 30 ildən çoxdur bu əməliyyat icra olunur və milyonlarla insanda bu əməliyyat icra olunub. Hal-hazırda eksimer lazerin əlavə, yan təsiri haqqında heç bir məlumat yoxdur. Bu qədər uzun illərdir istifadə olmağına baxmayaraq…
Mən bunu pasiyentlər sual verəndə belə bir bənzətmə deyirəm: Ultrasəs. 40 ildən çoxdur ultrasəs tibbdə istifadə olunur və hamilə xanımlara belə, yenə də ultrasəs müayinəsi icra olunur. Hələ günümüzdə bu günə qədər ultrasəsin yan təsiri, əlavə təsiri haqqında heç bir məlumat yoxdur. Eyni şəkildə də eksimer lazerlə əlaqədar bu fikri demək olar. 30 ildən çoxdur istifadə olunmağına baxmayaraq, hələ bir dənə də əlavə, yan təsiri haqqında məlumat yoxdur. Bu onu göstərir ki, bu lazer təhlükəsizdir və güvənlə istifadə ola bilər.
İstifadə olunan texnologiya təhlükəsizdir
Lazer texnologiyasının təhlükəsizliyinin əsas səbəbi məhz çox incə bir işin olmağıdır. Açıq cərrahi metodlardan fərqli olaraq, lazerlə konkret hədəflənmiş istiqamətdə iş görülür. Düşünün, lazerin hədəfdən yayınma payı 0,025 mikrondur. Yəni biz lazeri hansı sahəyə yönləndirdiksə həmin sahədən sağa sola yayınma ehtimalı 1 eritrositin, bir dənə hüceyrənin 1/8 qədərdir. Düşünə bilərsinizmi? Bu nə qədər yayınma sayılır və bunun əlavə təsiri necə ola bilər?
Əlbəttə ki, lazerlərin fərqli-fərqli növləri var. Həm lazer şualarının dalğa uzunluğu, həm də lazer çatdırma sistemlərinin fərqli-fərqli növləri var. Amma hamısında birinci prinsip bu istifadə olunacaq metodun təhlükəsizliyidir və bu nöqtədə də həm alət olaraq, həm lazer şuaları olaraq pasiyentlər rahatlıqla bu lazerin təhlükəsizliyinə güvənə bilərlər.
Bu lazerlərdə ən az üçqat təhlükəsizlik, qoruma sistemi var və bizim planlaşdırdığımızın xaricində bir iş görülə bilməz. Həm həkim sistemə nəzarət edir, həm sistem həkimə nəzarət edir və əlavə sistem özü-özünə nəzarət edir. Dolayısı ilə belə bir sistemin içərisində nəsə yanlış bir iş görülməyi və yanlış bir nəticə ilə qarşılaşmaq… Mən 22 ildir bu işin içərisindəyəm hələ qarşılaşmamışam, olmayıb.
Nəticədə bu lazer hal-hazırda günümüzdə istifadə olunan ən təhlükəsiz metoddur.
Lazer kontakt linzadan daha təhükəsizdir
Kontakt linza istifadə edən pasiyentlər ki, eynək istifadə eləmirlər, ya kompleksləri var və ya hər hansı bir səbəbdən… Normalda bir həkim eksimer lazeri pasiyentə ilk öncə tərifləməməlidir. Yəni, ehtiyac, tələb pasiyentdən gələrsə biz o mövzunu açırıq. Amma bir xəstə kontakt linza istifadə edirsə, mən o pasiyentlərə tövsiyə edərdim ki, eksimer lazer olunsunlar. Çünki eksimer lazer kontakt linzadan çox-çox daha təhlükəsiz, zərərsiz bir metoddur.
20 gündən çoxdur əməliyyat olmuşam, amma gözümdə tam sağalma olmayıb və gözümdə ağrılar olur ciddi göz quruluğu yaşayıram nə qədər daman da salsam təsir etmir nədən ola bilər bu?
Salam. Bəli bəzən bəzi xəstələr əməliyyatdan sonraki dövrləri çox quruluqlar keçirirlər. Bol nəmləndirici tökməlidirlər, yuxu rejimlərinə diqqət etməlidirlər, bir də çox maye qəbul etməlidirlər. Ancaq yenə çox narahatçılığınız varsa həkiminizlə əlaqə saxlayıb, məlumat verin.