Çəpgözlü olan insanlarda Eksimer lazer əməliyyatı icra edilə bilərmi?
Əlbəttə ki, çəpliyin forması çox önəmlidir. Əgər akkomodativ çəplikdirsə, yəni pasiyent eynəyi taxır və ya kontakt linzanı geyinir, eynək və kontakt linzanı geyindiyi halda çəplik toparlanırsa, bunlar üçün birbaşa göstərişdir. Bu o deməkdir ki, Eksimer lazer əməliyyatı olandan sonra həm görmələri düzələcək, həm də çəplikləri toparlanacaq. Yəni artıq əlavə çəplik əməliyyatı etməyə ehtiyac qalmayacaq.
Eynəklə tam düzəlməyən çəpgözlük zamanı Eksimer lazer əməliyyatı
Bəzi çəplik növləri də var ki, bunlar eynək və ya kontakt linza istifadə etmiş olsalar belə, yenə də çəplikləri qalmış olur, gözlərindəki çəplik toparlanmamış olur. Belə olan hallarda əgər pasiyentin refraktiv qüsuru varsa, yəni gözündə görmə ilə bağlı problemi varsa, ilk öncə Eksimer lazer vasitəsilə görmədəki problem ortadan qaldırılmalıdır. Ondan sonra qalıq nə çəplik qalarsa, qalıq çəplik 2-ci çəplik əməliyyatı vasitəsilə ortadan qaldırılır. Yəni eyni gözdə qeyri-akkomodativ çəplik varsa, əvvəlcə Eksimer lazer ondan bir neçə müddət sonra… Müddəti artıq həkim sağalma perioduna baxıb qərar verir. Bir neçə müddət sonra – orta hesabla 3 ay, 4 ay və ya 6 ay çəkə bilir bu period, daha sonra çəplik əməliyyatı olunur.
Öncə Eksimer lazer, sonra çəpgözlük əməliyyatı edilməlidir
Niyə çəplik əməliyyatını biz ikinci plana, yəni Eksimer lazerdən sonra icra etməyi planlaşdırırıq?
Çünki gözdəki dərəcələr, yəni müsbət və ya mənfi dərəcələr, həm də gözün çəplik bucağına təsir edir. Ola bilər ki, xəstənin 45 dərəcəlik bir çəplik bucağı var. Eynək taxanda və ya kontakt linza istifadə edəndə 45 dərəcənin 10 dərəcəsi toparlanır, düzəlir. Yəni çəplik bucağı 35-ə düşür. Biz əvvəlcə zəif görməni, yəni eynəyi ortadan qaldırmaq vasitəsi ilə Eksimer lazer edirik, daha sonra qalıq qalan 35 dərəcəni əməliyyat edirik.
Əgər tərsinə etmiş olsaydıq, yəni əvvəlcə çəplik əməliyyat etmiş olsaydıq, bu səfər 45 dərəcəlik bir çəplik buçağını götürmüş olardıq, daha sonra Eksimer lazer edincə əgər içəriyə çəplik varsa, bu səfər göz bayıra doğru çəpləşməyə başlayar. Yəni nəticələr bizi qane etməz. Nə olur olsun ardıcıllıq əvvəlcə Eksimer lazer, ondan bir neçə ay sonra çəplik əməliyyatı olunar.
Yekunlaşdırım. Əlbəttə ki, çəpgözlük olan insanlarda həm görmə qüsuru, həm də çəplik varsa, əvvəlcə Eksimer lazer olunmalıdır.