kimlere-eksimer-lazer-olmaz

Kimlərə Eksimer lazer olmaz?

Kimlərə Eksimer lazer olmaz?

Bir neçə kriterilər var. Amma əsas, ana kriterimiz demişdik, biri yaş, ikinci gözün dioptriyasının stabilləşməsi. Əgər bir pasiyent 18 yaşını keçmiş olsa belə, yenə də gözün dərəcələri stabilləşməyibsə, bu pasiyentlərə Eksimer lazer tövsiyə etmirik. Hətta olmaz!

Niyə?

Bu gün, məsələn, xəstə 18 yaş yarımdır, amma nömrələri stabilləşməyib.   Əvvəlki müayinədə 3 idi, indi mənfi 3,25-dir. Bu o deməkdir ki, nömrələrin artma ehtimalı var. Mən xəstəni əməliyyat etsəm, bu gün gözün dərəcəsini 0 eləsəm, yenə 6 ay, 1 il sonra təkrar mənfi 0,50, mənfi 0,75 və ya mənfi 1 geri qayıda bilər. Ona görə də rəqəmlərin stabilləşməyi bizim üçün çox önəmlidir. Yəni sadəcə yaşı 18 keçmək yetərli deyil. Yaşı 18 keçmiş olmalıdır və gözün dərəcələrinin stabilləşdiyindən əmin olmalıyıq.

Gözün dərəcəsinin stabilləşdiyini necə yoxlayırıq?

Gözün dərəcələrinin stabilləşdiyindən əmin olmaq necə olur?

Əlbəttə ki, dinamik müşahidə nəticəsində. Əgər pasiyent mənim nəzarətimdə olan bir pasiyentdirsə, mən müayinə eləmişəm 18 yaşda mənfi 3, 18 yaş yarımda (yəni 6 ay sonra) yenə mənfi 3, 19 yaşda yenə mənfi 3… Hə, demək artıq bu pasiyentlərdə rəqəmlər stabilləşib. Həm yaş kriterimizi doldurmuşuq, həm stabillik cəhətdən problemimiz yoxdur. Artıq əməliyyat icra edə bilərik.

Yox, əgər yaşımız 18 keçməyinə baxmayaraq, hər dinamik müşahidədə rəqəmlər dəyişirsə, rəqəmlər stabilləşənə qədər nəticəni gözləməliyik.

Dinamik müşahidə rəqəmlər sabitləşənədək davam etməlidir

Mənim təxminən bir dənə xəstəmdə 24 yaşına qədər proqressiya olub və 24 yaşına qədər pasiyenti əməliyyat etməmişik, gözlətmişik. Burada önəmli nüans: xəstələr daha öncə, bəzən “Doktor, bəs demişdilər 18 yaşda gəlin əməliyyata? 18 yaşında gəlmişik.” Çox təəssüf ki, 18 yaşında ilk gördüyüm pasiyentə heç bir zaman mən əməliyyat etmərəm. Dediyim kimi, stabilləşmə mövzusundan əmin olmalıyam.

Müşahidəmdə olmayan xəstələrdə eksimer lazer əməliyyat qərarı

Mənim təqib etmədiyim bir xəstədirsə, daha öncələr başqa bir yerdə müayinələr olubsa, o müayinələrin nəticələrinə baxıb onun əsasında xəstənin 19 yaşı var, bir il bundan qabaq müayinə olunub. Müayinə rəqəmləri mənfi 3 idi, bu gün də mənfi 3-dür, o zaman, bəli, əməliyyat edə bilərik.

Yekunlaşdırım, əməliyyatın nəticəsinin qalıcı olması üçün yaşla əlaqədar, yəni 18 yaşı doldurmaqla yanaşı gözün dərəcələrinin stabilləşməsi də çox önəmlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir