komputerle-isleyende-eksimer-lazer

Kompüterlə iş və eksimer lazer

“Kompüterlə işin Eksimer lazer əməliyyatının nəticəsinə təsiri.”

Pasiyentlərin bəziləri: “Doktor, mənim işim kompüterlə əlaqədardır. Mən ona görə əməliyyat elətdirmək istəmirəm. Çünki qorxuram ki, əməliyyat olsam, kompüterlə işlədiyimə görə görməyim təzədən pisləşər. Yəni əməliyyatın effektivliyi azalar.”

Bu əsla belə deyil. Kompüterlə işləmək gözümüzün dərəcəsinə mənfi və ya müsbət baxımdan bir təsir etməz. Əgər gözdə bir qüsur varsa, bu qüsur, kompüterlə işləməklə artmaz və ya azalmaz. Kompüterlə iş sadəcə yorğunluğumuzu artırar, amma görmə faizimizi, gözümüzün dərəcəsinə heç bir təsir etməz.

Bizim pasiyentlərlə olan söhbətimizdə Eksimer lazer əməliyyatının növlərindən asılı olaraq elə növləri var ki, bu gün əməliyyat olunur, səhərisi gün işlərinə kompüterlə olmuş olsa belə dönə bilirlər. Bəzi “no touch”, səthi əməliyyatlarda isə xəstələr təxminən 5, 6 gün sonra işlərinə dönə bilirlər.

Əminliklə deyə bilərəm ki, Eksimer lazer olmuş pasiyentlərdə kompüterlə işləmək əməliyyatın nəticəsinə və ya effektivliyinə heç bir mənfi təsir göstərməz. Əgər bir insan işi kompüterlədirsə, onlar rahatlıqla əməliyyat ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir