keratokonus-niye-tehlukelidir

Keratokonus niyə təhlükəlidir?

Oftalmologiyada, gözdə çox, yüzlərlə xəstəlik var. Onlardan biri də keratokonusdur. Amma keratokusu “təhlükəli xəstəlik” qrupuna sayırıq. Niyə? 

Çünkü getdikcə pisləşir. Yəni, xəstəlik ilk dövrlərdə aşkar olunarsa, xəstə çox zərərə girmədən bəlkə müalicə olunub problemi həll eləmək imkanımız olduğu halda, keçən dövrlərdə, yəni xəstəliyin artıq 3-cü, 4-cü mərhələlərində bəzən kömək edə bilmirik və hətta məcbur keratoplastikaya – yəni, buynuz qişasının dəyişdirilməsinə qədər gedib çıxa bilir. 

Buynuz qişanın dəyişdirilməsi günümüzdə nə qədər inkişaf etmiş olsa belə, yenə də ideal nəticələr əldə etmək mümkün deyil. Sadəcə xəstəni “korluqdan qurtarmaq” və ya mümkün qədər, az olsa bir görmə təmin etmək üçündür. Ona görə bizim hədəfimiz: “Xəstə mümkün qədər keratoplastikaya gedib çıxmasın”. 

Yəni xəstəlik olan insanlarda problem vaxtında aşkar olsun ki, o mərhələlərə, yəni görmənin minimal səviyyəsinə düşməsinə qədər… Hətta elə xəstələrimiz var, çox məsuliyyətsizlik edirlər və buynuz qışanın mərkəzində perforasiya – dəlinməyə qədər gedib çıxa bilir və bu da çox nadir də olsa “gözün itirilməsinə” qədər aparıb çıxara bilər. 

Yəni bir gözün oraya gedib çıxmaması üçün əlimizdən gələni edirik və müayinələrlə keratokonusu nə qədər erkən aşkar etmiş olsaq, xəstəni o qədər zərərdən qurtarmış oluruq. 

Keratokonus həm buynuz qişanın incəlməsi, amma daha çox xəstələrin hiss etdikləri görmə keyfiyyətinin aşağı düşməsidir. İnsanlar o qədər dağınıq görürlər ki, bir obyektin görüntüsünü formalaşdırıb ortaya bir məlumat çıxara bilməkdən ötrü inanılmaz dərəcədə gözlərini sıxırlar. Düşünün, bir insan ömür boyu gözünü qıymış, üzünü qırışdırmış şəkildə gəzir. Yəni düşünə bilirsinizmi bu şəkildə ömür boyu gəzən bir insanın həyat standartı, həyat keyfiyyəti, ortaya çıxartdığı əmək fəaliyyəti, məhsuldarlığı necə ola bilər? Əgər bir insan, bütün həyatı boyu belə yaşayırsa? Ona görə insanların mümkün qədər keyfiyyətli görməsini artırmaqla onların həm də həyat keyfiyyətini artırmış oluruq. Həyat keyfiyyəti artdıqca, əlbəttə ki, əhval-ruhiyyə yüksəlir, məhsuldarlıqları artır. 

“Keratokonus niyə təhlükəlidir?” Yenə mövzunun başına gəlirik. Bu nəticələri ortaya çıxartdığına görə təhlükəlidir. 

Yəni vaxtında əgər aşkar olunarsa, bu hallara gəlib çıxmadan problemi həll edə bilirik. Hətta Forme Fruste Keratokonus (FFK) və ya erkən mərhələ, 1-ci mərhələdə keratokonusda əməliyyat icra etməklə sanki bu xəstəlik heç yoxmuş kimi hala gələ gəlib çıxa bilir və əlbəttə ki, bu xəstələr daha sonra o fərah şəkildə, xoşbəxt şəkildə həyatlarını davam etdirə bilirlər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir