keratokonusun-ayird-edilmesi

Keratokonusun ayırd edilməsi

“Keratokonusu biz nə ilə qarışdıra bilərik?”

Pasiyentlər üçün… Yəni, onların qarışdıracağı bir mövzu yoxdur. Ancaq biz həkimlər olaraq nə ilə qarışdıra bilərik?

Çünki çox xəstə gəlir, keratokonus diaqnozu qoyulmuş olaraq gəlir. Xüsusilə də az yaşlı uşaqlarda… 

Yazıların birində qeyd etmişdim. Yəni keratokonusdan şübhələndirəm məlumatlar var, müayinələr var. O müayinələr şübhələndirir və sonunda biz keratokonus haqqında düşünüb fikrimizi dəqiqləşdirmə fazasına gəlib çıxırıq.

Bizi şübhələndirən məlumatlar: 

  • Birincisi, xəstənin görməsinin az olması. 
  • İkincisi xəstənin görməsi az olsa belə korreksiya veririk, korreksiya ilə istədiyimiz görüntünü əldə edə bilmirik. Yəni, şüşələrlə göz tam korreksiya vermir. 
  • Üçüncüsü, xəstənin keratometrik dəyərləri. 
  • Dördüncü buynuz qişanın qalınlığı. 
  • Beşincisi xəstələrdə allergik göz əlamətlərinin olması. Qırmızı gözdür, davamlı ovuşdurulan gözdür, blefaritin olması, quru gözün olması… Bunların hamısı bizləri şübhələndirir. 
  • Və ən sonra, daha sonra, yüksək dərəcə astiqmatın olması.

Praktikada gördüyüm qədərilə uşaqlarda ən çox bizi çaşdıran: yüksək astiqmatı olan uşaqlarda keratokonusdan şübhələnilməsi… Və çox təəsüf ki, bəzi yerlərdə bu şübhəni təsdiq olunmuş şəkildə xəstəyə məlumat verirlər.

Bu nə deməkdir?

Yəni, biz yenə də dedik, bu məlumatlar işığında şübhələnirik, topoqrafiyaya göndəririk.

Topoqrafiya cihazları fərqli sistem topoqrafiyalar var: plasido topoqrafiya var – buynuz qişanın ancaq səthi haqqında detallı məlumat verən, Scheimpflug sistemləri var – buynuz qişanın arxa səthi haqqında məlumat verən…

Bu topoqraf cihazları alqoritm üzərində işləyir. Yəni ona məlumatlar verilib. “Əgər belə-belə olarsa, sən bunu belə de…” “Belə-belə olarsa, sən buna belə de”. Yəni alqoritm işi Yekunda o alqoritm də bir insan tərəfindən o beyinə qoyulub, yerləşdirilib.

Yəni bəzən bu topoqraf cihazları belə aldana bilir. Bu mövzuda artıq avtomatik həkimin təcrübəsi, bacarığı işin içərisinə girir. Çünki həm sadəcə plasido sistemlə qərar verilməz. Yəni bir insana keratokonus diaqnozu qoyulacaqsa, hələ-hələ erkən yaşlardadırsa, 9 yaş – 10 yaşında bir xəstədirsə sadəcə plasido tipli keratopoqrafiyalar yetərli deyil. Həm Scheimpflug olacaq, həm plasido olacaq. Hətta son zamanlar OCT əsaslı topoqrafiyalar da çıxmağa başladı. Yəni bunun üçünü bir yerdə, bir də bu topoqrafiyanın xaricindəki digər əlamətlərlə bərabər ortaq bir qərara gəlinəcək. 

Hətta bəzən topoqrafiya “keratokonus var” desə belə, digər əlamətlərə dayanıb biz bir az daha təmkinli olmağa və bu işi vaxta buraxmağa… Normalda 7-8 yaşında keratokonus təsdiqlənibsə zaman itirmədən əməliyyat olmalıdır. Amma keratokonusa bənzər irrequlyar astiqmatı olan xəstələrin keratokonusların içərisindən seçilib çıxarılması, “Yox bu bu keratokonus deyil” deyib o xəstələrin içərisindən onların seçilməsi… O iş də artıq həkimin bacarığına bağlıdır və məncə çox önəmlidir. 

Çünki, lazım olmayan bir insana, hələ-hələ o yaşdakı bir insana, lazım olmayan bir əməliyyatı icra etmək insanın içinə sinmir. Düzdür o əməliyyatlar zərər verən əməliyyatlar deyil. Amma ehtiyac olmadan birisinə belə bir müdaxilə edilməsini doğru görmürəm. Mümkün qədər, əgər şübhəmiz varsa və bilgi-bacardığımız diaqnoz qoymağa yetmirsə, məncə bir başqa həmkarlarımızla konsultasiya edib onların fikrini alıb, ondan sonra dəqiqləşdirmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir