kerakotokunusun-mualicesi

Keratokonusun müalicəsi

Xəstəyə keratokonus diaqnozu qoyuldu. İndi nə edəcəyik?

Keratokonus diaqnozu qoyulduqdan sonra xəstəliyin mərhələsi, xəstənin görmə itiliyi, buynuz qişanın qalınlığı, xəstənin yaşı,, xəstənin işi… Bir neçə parametrə baxıb, ondan sonra qərar verilir. 

İstisnasız bir əməliyyat növümüz var ki, heç bir şeyə baxmadan bu əməliyyat icra olunmalıdır. Əməliyyatın adı Corneal Collagen Cross Linking (kros əməliyyatı). Kros əməliyyatı buynuz qişanı sərtləşdirmək üçün icra etdiyimiz əməliyyatdır. 

Əgər keratokonus diaqnozu qoyuldusa, heç bir digər faktorlara baxılmadan bu əməliyyat icra olunmalıdır. Düzdür, burada da buynuz qişanın qalınlıq mövzusu var, amma daha incə buynuz qişalarda belə bunu etmək məcburiyyətindəyik. Ən azından keratoplastika olana qədər o xəstənin problemləri artmasın, idarə edə bilsin deyə, o xəstəni oraya qədər aparsın, götürsün, çatdırsın deyə. 

Kros linkinq əməliyyatın mahiyyəti buynuz qişada, başda demişdik, xəstəliyin əmələ gəlmə səbəbi liflər arasında rabitələrin zəifliyidir. Kros linkinq əməliyyatı liflər arasındakı bağları möhkəmləndirir. Yəni, həmin liftlər daha sərtləşmiş olur, buynuz qişa daha kompaktlaşmış olur. 

Bu əməliyyat vasitəsilə buynuz qişanın dözümlülüyü əməliyyatdan əvvələ nəzərən 4,8 dəfə daha artmış olur, yəni residentliyi daha artmış olur. Düzdür, bizə treyninq keçəndə demişdilər, xəstəyə heç bir şəkildə “biz bu əməliyyat vasitəsilə sizin xəstəliyi tamamilə durduracağıq” sözünü verməyin. 

Amma 2007-ci ildən Azərbaycanda bu əməliyyatı icra edirəm. Minlərlə əməliyyatımız var, keratokonus olmuş xəstəmiz var. Hələ indiyə qədər 1 dənə də olsun xəstəmizdə təkrar əməliyyat olunma ehtiyacı duyulmayıb. Yəni xəstəlik proqressivləşməyib, olduğu yerdə dayanıb və əməliyyatın effekti uğurlu olub. 

Birinci əməliyyat, qeyd etdiyim kimi buynuz qişanın sərtləşməsi üçündür. 

Bu buynuz qişa sərtləşincə müsbət tərəfi, yəni bu əməliyyatın faydası və mənfi tərəfi haqqında… Müsbət tərəfi odur ki, xəstəlik stabilləşmiş olur, daha pisə getmir. 

Bu əməliyyatın, az öncə də qeyd etdik, görməni artırmaq üçün deyil, xəstəliyin qarşısını almaqdan ötrüdür. Hətta bəzən xəstələr deyir: “Doktor, əməliyyat olduqdan sonra yenə də keratokonus bizdə olacaqmı?” Bəli, keratokonus xəstəsisiniz. Topoqrafiyaya girdiniz-çıxdınız, keratokonus diaqnozu qoyulacaq. Amma xəstəlik pisləşməyəcək. Yəni olduğu yerdə dayandırılacaq. 

Buynuz qişanı kompaktlaşdırdığına görə bu əməliyyat, buynuz qişada görmə keyfiyyəti aşağı düşər. Yəni şəffaflıq aşağı düşər. Sərtləşir deyə sındırma gücü dəyişir. 

Ona görə xəstələrimiz əməliyyatdan sonra 8 həftə dumanlı görürlər, tüstülü görürlər. İlk 2 həftə ərzində o dumanlılıq daha çox olur. 2 həftədən sonra yavaş-yavaş azalmağa başlayır. 

Sırf bu məsələyə görə iki göz arasında əməliyyat müddətini 1 aya ayarlayırıq. Yəni bir göz əməliyyat etdiksə, digər gözü təxminən 1 ay sonra, əgər xəstənin yaşı çox aşağı deyilsə, 1 ay sonraya təyin edirik. 

Çünki bu əməliyyat olan gözün toparlanması, dumanın azalması lazımdır ki, digər gözü əməliyyat edincə, daha öncə əməliyyat olan gözlə xəstə işlərini görə bilsin, həyatını davam etdirə bilsin. 

Birinci qeyd etdik, Corneal Crosss Linking əməliyyatı. Daha sonrakı yazılarda digər əməliyyatlar haqqında məlumat verəcəyik.

2 thoughts on “Keratokonusun müalicəsi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir