Keratokonus xəstələrdəbir çox şeyə diqqət etməlidirlər.
Amma ən birinci şey gözü ovuşdurmaq. Buynuz qişanın relyef problemi olduğuna görə bu mexaniki ovuşdurma buynuz qişanın səthində relyef pozuntusu ortaya çıxarır. Yəni xəstəliyi daha da proqressivləşdirmiş olur. Keratokonus xəstəliyinin altında da əksər hallarda allergik reaksiyalar olur və bu xəstələr daha çox gözlərini qaşımağa meyilli olurlar. Gözlərini ovxalamağa meyilli olurlar. Tövsiyəmiz: İmkan daxilində əllərini gözlərinə vurmasınlar.
Bəs göz narahat olsa neyləyək?
Belə olan hallarda birinci, onlar üzərində daim nəmləndirici damcılar gəzdirməlidirlər. Daim nəmləndirici damcı tökəcəklər və ya onlarda allergiya digər insanlara nisbətən allergik konyuktivitlər çox sıx-sıx olur. Əgər allergik konyuktivitləri varsa, konyuktivit başlayan müddətdə zaman itirmədən həkimlərinə müraciət etsinlər. Həkim allergiyanı azaltmaq və ortadan qaldırmaqdan ötrü kortizonlu dərman yazacaq və ya membran stabilləşdirici kromoqlikat tərkibli dərmanlar yazacaq. Bu onların qaşıntılarını azaldacaq.
Və üçüncü, xəstə əgər evdədirsə, gözündə narahatçılıq varsa, dərman istifadə də etmək istəmirsə, o zaman “umıvalnik”dən sərin su vurmaqla da o gözdəki narahatçılıqlarını ortadan qaldırmış olurlar.
Birinci gözü ovuşdurmaq, ikinci mövzu imkan daxilində iyli, qoxulu, tüstülü mühitlərdən uzaq qalmaq. Keratokonus xəstələrində siqaret çəkmək çox təhlükəlidir. Siqaret tüstüsü keratokonusun proqressivləşməsində çox önəm daşıyır. Ona görə keratokonus xəstələrinin siqaret çəkməmələrini, yanlarında çəkilməməsini, hətta siqaret çəkilən yerdə imkan daxilində olmamalarını tövsiyə edirik. Siqaret tüstüsü xəstəliyin proqressivləşməsində çox önəm daşıyır.
Bəzi xəstələr var ki, onların işləri ya asetonlu, ya iyli, qoxulu yerlərdədir. İmkan daxilində həmin işdən uzaqlaşmalarını tövsiyə edirik. Əgər mümkün deyilsə, heç olmasa iş mühitlərində havalanmasının, daimi havanın yenilənməsini tövsiyə edirik. Bir də qoruyucu eynəklər istifadə etmələrini tövsiyə edirik.
Bu xəstələr bu kənar faktorların gözə zədələrini, ziyanlarını azaltmaqdan ötrü mütəmadi olaraq nəmləndirici damcılar istifadə etməlidirlər.