kros-emeliyyatindan-sonra-gorme-pislesermi

Keratokonus əməliyyatından sonra xəstənin görməsi pisləşərmi?

Mövzu əslində iki hissədən ibarətdir: Keratokonus xəstəsi və görmə.

Yəni əməliyyat olundu. Cross-linking əməliyyatından sonra əksər hallarda, 99.9% hallarda keratokonusda bir stabil nəticə əldə olunur. Yəni xəstəlik daha inkişaf etməz. Proqressivləşməz xəstəlik. Amma xəstənin görmə faizində dəyişikliklər ola bilər.

Xəstənin görməsinin dəyişməsi xəstəliyin artmağı, yəni pisləşməsi mənasına gəlmir. Xəstənin inkişafını biz ancaq topoqrafik dəyərlər üzərində müqayisə edirik. 6 ay əvvəlki rəqəmlərlə bugünkü rəqəmləri müqayisə edirik, əksər hallarda da nəzərə çarpan bir fərq müşahidə olunmur.

Bəs xəstənin görməsinin aşağı düşməsinin səbəbi nədir? Bunu necə izah edə bilərik? Bunun bir dənə izahı var. Xəstə erkən yaşda, məsələn, 22 yaşda həkimə müraciət etdi, diaqnoz qoyuldu. Xəstənin görməsi 40% idi, ancaq xəstənin göz dərəcələri mənfi 6 miop, mənfi 5 astiqmat. Mənfi 6 miop mümkün deyil 40% görsün. Bunlar gözlərini çox sıxmaqla nə isə bir görüntü əldə edirlər. Yaş artdıqca, silyar əzələlər ki var, gözün görməsini artırır, həmin əzələlər də yaşlanır və o əzələlər əvvəlki qədər gözə kömək etməməyə başlayır. Yəni bir insan 22 yaşında belə edib 40% görə bilirdisə, 28 yaşında belə eləsə də, ancaq 20% görə bilir. Yəni xəstənin görmə faizinin aşağı düşməsi xəstədə keratokonus xəstəliyinin pisləşməsi mənasına gəlmir. Xəstələrimizin çoxu bəzən belə olur: “Doktor, görməyim pisləşdi. Xəstəlik, demək ki, pisləşib.” Biz xəstələrimizə mütəmadi keratotopoqrafik nəzarət edirik. Yəni keratometrik dəyərlər dəyişmədiyi müddətcə keratokonus xəstəliyində bir proqressivləşmə, pisləşmə olmaz. Görmə faizinin aşağı düşməsi tamamən yaşlanmağa bağlı bir haldır.

Beləliklə, əməliyyatdan sonra, yəni Cross əməliyyatı olundusa, əksər hallarda xəstələrdə keratokonus baxımından bir pisləşmə olmaz. Xəstələr ürəklərini sərin tutsunlar. O baxımdan bir problem yaşamazlar.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir