keratokonus-hibrid-linza

Keratokonus xəstələrində ideal görmə: “Hibrid kontakt linzalar”

Keratokonusda qeyd etdiyimiz kimi iki mövzu var: 

1) Buynuz qişanın stabilliyinin təmin olunması. 

Yəni buynuz qişa getdikcə daha da dikləşməsin. Onu Cross-linking əməliyyatı vasitəsi ilə əldə etmiş oluruq. Bu müzakirəsizdir. 

2) İkinci hissəsi görmənin reabilitasiyası, yəni: “Görməni necə daha yaxşı edə bilərik?”

Görmənin artırılması üçün fərqli əməliyyatlar… Əvvəlki yazılarımızda qeyd etmişdik. 

Amma hal-hazırda isə: “Keratokonus xəstələrində ideal görüntü necə əldə etmək mümkündür?”

Günümüzdə, hal-hazırda keratokonus xəstələrində ideal görüntü əldə etmənin bir tək yolu var. O da: Hibrid linzalar.

Daha əvvəllər, haradasa bəlkə bir 10 il, 15 il bundan əvvəl, 15 ildən daha çox… Keratokonuslu xəstələrinin reabilitasiyasında “RGP linza” dediyimiz, “Rigid Gas Permeable Lens”lər. Onlar istifadə olunurdu. 

Onların müsbət tərəfi süni sferik səth, hamar səth əmələ gətirirdilər. Amma onlar birbaşa buynuz qişaya təmas edirdilər. Buynuz qişanın səthində olurdular. Keratokonus xəstələrdə də buynuz qişa onsuz da problemlidir və mümkün qədər buynuz qişa irritasiya olmamalıdır, zədələnməməlidir. Görmənin reabilitasiyası üçün belə bir lenslər işlədirdik, amma zamanla keratokonusu proqressivləşdirirdi və buynuz qişanın səthində yara, eroziya, ləkələr, çapıqlar əmələ gətirirdi bu linzalar.

Son illərdə, son 10-15 ildə keratokonusların korreksiyası üçün Hibrid linzalar təklif olunmağa başladı. Bu Hibrid linzalar nədir? Mərkəzi hissəsi sərt, kənarları silikon törəməsi olan yumuşaq materialdan təşkil olunmuş bir linzadır. 

Sərt hissə PMMA materialıdır və heç bir zaman buynuz qişaya toxunmur. Yəni buynuz qişanın səthi ilə linzanın arasında mütləq bir boşluq qalır. Həmin boşluq gözdaxili maye vasitəsi ilə dolur və ümumi bir sferik şəffaf bir səth əmələ gəlmiş olur. Gözün sklerasına isə həmin o ətək dediyimiz yumuşaq hissəsi oturur və bununla da gözdə çox narahat etməyən… 

Əvvəlki sərt linzalarda xəstələrin o sərt linzalaya adaptasiyası 2 ay, 3 ay vaxt aparırdı. Xəstələr gözlərinə taxinca… Düşünün ki, gözünüzdə balaca bir toz dənəsi düşür, insan özünü nə qədər narahat hiss edir?! Yəni dırnaq boyda bir lensi biz gözün içərisinə qoyurduq. Ona öyrəşməyin nə qədər çətin olduğunu düşünün! Xəstələr çox narahat olurdular. 

Amma hal-hazırkı Hibrid linzalarda elə diskomfort olmur. Xəstələr ən pis halda: “Doktor, sanki gözümdə bir şey varmış kimi hiss edirəm.” Bu hiss də bir neçə gün içərisində tamamən ortadan qalxır. Bu linzalar vasitəsilə xəstələrdə ideal görmə əldə olunur.

Bəzi xəstələr gəlir. Məsələn baxırsan xəstənin görməsi 60 faizdir, korreksiya ilə, məsələn eynəklə 60 faizdir. “Doktor, onsuz da mən görürəm. Doktor, onsuz da mən yaxşıyam.” Amma bu gözlərini qıyınca mən çox narahat oluram. 

“Gəlin bir kontakt linzanı yoxlayaq, bir dadına baxın görün necə bir şeydir. O hissi yaşayın”. 

Kontakt linzanı geyinəndən sonra o rahatlıq, o aydın şəffaf görmə həqiqətən də onların çox xoşuna gəlir və xəstələrimizin əksəriyyəti, böyük əksəriyyəti bu linzalardan razı qalır, istədikləri görməni əldə edə bilirlər. 

Bir daha dedim keratokonus xəstələrdə Hibrid linzalar mükəmməl görüntü təmin etmək üçündür.

Mövzunu bir az daha bir az uzadım. Daha öncə əməliyyat olunmuş istər Cross-link əməliyyatı olsun, istər buynuz qişa daxili Ring implantasiyası olmuş olsun, LRI və RK əməliyyatı icra olunmuş xəstələrdə görəsən bu Hibrid linza istifadə oluna bilərmi? Bəli. Hibrid linzalar həmin xəstələr üçün də ideal görüntü təmin edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir