Cross-linking əməliyyatının mahiyyəti buynuz qişanı kompaktlaşdırmaqdır. Buynuz qişa kompaktlaşınca, onun şüa keçirmə indeksi dəyişir deyə görmədə cüzi dumanlıq əmələ gəlir. İlk dövrlərdə bu dumanlıq daha çox olur, təxminən 8 həftə xəstələri narahat edir. 8 həftədən sonra əksər hallarda xəstəni narahat etməyəcək səviyyədə azalır.
Başda xəstələr gələndə davamlı dumanlı görmədən, şəffaflığın azalmasından şikayət edirlərsə, bir neçə aydan sonra, 6 aydan sonra artıq xəstələrin şikayətləri arasında bu mövzu olmur. Biz xəstələrdən soruşuruq: “Belə duman şikayətimiz var idi. Necə oldu?” Diqqətlə baxanda: “Hə, doktor, sanki bir azcıq qalıb.” Yəni duman olmuş olsa belə, xəstələrin həyat keyfiyyətlərini çox da aşağı salmır və onları çox da narahat etmir.
Yəni o “dumanlı görmə” çox böyüdüləcək bir mövzu deyil. Qeyd etdiyim kimi, əksər halda 6 aydan sonra xəstələri narahat etməyəcək səviyyələrə enir, hətta bir neçə ildən sonra görmə keyfiyyəti üzərində effekti tamamən ortadan qalxmış olur. Yəni buynuz qişanın ilk dövrlərdəki kompaktlaşmağı, sərtləşməyi çox sərt olur, zamanla buynuz qişa nisbətən normal elastikliyə çatmış olur və o dumanlı görmə, tüstülü görmə ortadan qalxmış olur. Xəstələri narahat etmir.
One thought on “Cross Link əməliyyatından sonra görmədə dumanlılıq”