kros-emeliyyatinin-elave-tesirleri

Cross Linking əməliyyatının əlavə təsirləri

Əslində cross-linking əməliyyatı keratokonus xəstələrində xəstəliyi durdurmaq üçün, proqressiyanın qabağını almaq üçün icra etdiyimiz bir əməliyyatdır. Və bu əməliyyatı icra edərkən biz pasiyentlərə deyirik ki, 

“Bu əməliyyat xəstəliyi durdurmaq üçündür, görməni artırmaq üçün deyil.” 

Amma uzun müddətdə, yəni təxminən 3-6 ay keçdikdən sonra əməliyyatdan cross-linking əməliyyatı olan xəstələrin əksəriyyətində 80-90% hallarda hər hansı bir şəkildə 5%,10%, 15%, 20%, hətta 30-40 %-ə qədər görməsi artan xəstələr olur. 

Görmənin artması cross linking əməliyyatının birincili hədəfi deyil. Əməliyyatın birinci hədəfi xəstəliyi durdurmaqdır, yəni stabilləşdirməkdir. Amma buynuz qişanın kollagen lifləri sərtləşdikcə, buynuz qişanın dikliyi bir az daha azala bilir. Təxminən, orta hesabla 2-2.5 dioptriyaya qədər azalır. Və əgər xəstənin əməliyyat öncəsi, məsələn, mənfi 2.5 astiqmatı var idisə, əməliyyatdan sonra bu, 2.5 0.50, 0.75, 1-ə qədər düşə bilir və belə olan hallarda da xəstələrin görməsində artış müşahidə olunur. 

Görmədə faiz olaraq artış olur. Bir də, əvvəlki yazılarda da demişdim, keyfiyyət olaraq nisbətən şəffaflıq azalır. Şəffaflığın azalması, əslində,cross-linking əməliyyatının effektiv olduğunu göstərir. Yəni əməliyyatın istədiyimiz nəticəyə çatdığını göstərir. 

Bəzən xəstələr deyir: 

“Doktor, bu duman nə vaxt gedəcək?”

Yəni o duman olmasa idi, yəni əməliyyatı icra etməmiş olsaydıq, xəstəlik daha da proqressivləşib, zamanla indiki görmələrimizi biz arzulayacaq hala gəlib düşə bilərdik. 

Yekunlaşdırım. Cross-linking əməliyyatından sonra, biz nə qədər artacağını bilmirik, amma əksər hallarda, 70-80% hallarda görmə faizində də artış olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir