Bir əvvəlki yazımızda əlamətlərə aid bir mövzu demişdik ki, erkən dövrlərdə torlu qişa incəlmələrinin bir əlaməti olmur, yəni əlamətsiz gedir. Amma daha sonrakı dövrlərdə, gecikmiş dövrlərdə bunların əlamətləri olur.
Əlamətlərin ən çox rast gəldiyimiz birincisi anidən göz önündə qara ləkələrin əmələ gəlməsi. Bəzi xəstələrə xəbərdarlıq edirik ki, əgər göz önündə qara ləkələr əmələ gəlsə, zaman itirmədən həkimə müraciət edin.
“Doktor, onsuz da, mənim gözümün qabağında qara ləkələr var.” O qara ləkələr fərqlidir.
Bizim mütəmadi hiss etdiyimiz qara ləkələr şüşəbənzər cismində bulanma “vitreous floaters”. Bunlar qorxulu bir şey deyil, ciddiyə alınmamalıdır. Mənim demək istədiyim, o torlu qişa incəlmələrində müşahidə olunan ləkələr, qara nöqtələr anidən bir neçə dənə qara nöqtələrin əmələ gəlməyidir ki, o anda insan onu hiss edir və insan təşvişə düşür:
“Nə oldu mənə? Gözümün qabağında anidən qara ləkələr əmələ gəldi.”
Bu önəmlidir.
İkinci əlamət göz yumulu ikən və ya açıq ikən fərq eləməz, amma daha çox qaranlıqda və yumulu ikən daha çox hiss edirlər. Gözümüzün önündə qığılcım, şimşək çaxma əlamətləri. Bunlar da əksər hallarda torlu qişada baş verən patologiyaların nəticəsi olur.
Üçüncüsü, daha az rast gəlinir. Bu dediyim görmənin dumanlaşmağı, gözünün qabağına bir pərdə kimi bir şeyin gəlməsi… Belə bir şikayətləri olur pasiyentlərin. Bu əksər hallarda At Nalı yırtığında olur. At nalı yırtığında retina cırıldığına görə retinanın xırda damarlarına kiçik qansızmalar olur. O qansızma onların gözünün qabağında ləkələr kimi, pərdə kimi oynayır. O, belə bir patologiya əmələ gətirə bilir.
Amma bizim gec dövrdə əsas iki əlamətimiz anidən göz önünə qara ləkələrin əmələ gəlməsi və göz önündə qığılcım, şimşək çaxması əlamətləri. Belə bir əlamət, belə bir hal olarsa, xəstələr zaman itirmədən göz həkiminə müraciət edib detallı göz dibi müayinəsi etdirməlidirlər.