Torlu qişa incəlmələri və doğuş

Torlu qişa incəlmələri və doğuş

Torlu qişi incəlmələri, hamiləlik və doğuş mövzusuna toxunmaq istəyirəm. Çünki praktikada çox rast gəlirik: 

“Doktor, gözüm zəifdir. Görəsən, normal doğuş olarmı?”

və ya,

“Doktor, mən göz əməliyyatı olmuşam, görəsən, normal doğuş olarmı?”

Doğuşun normal və ya keysəriyyə ilə aparılması üçün göz əməliyyatlarının dəxli yoxdur. Torlu qişanın vəziyyətinin dəxli var. 

Təbii doğuşa əks-göstəriş olan hallar

Əgər torlu qişada hər hansı bir incəlmə ilə bağlı patologiyalar varsa, tutaq ki, ciddi bir Lattice Degenerasiyası varsa, VRT – ciddi bir vitreoretinal traksiyamız varsa və ya torlu qişada dəlik varsa və ya daha öncə patologiya olub lazerlə koaqulyasiya olunmuşdursa, bu torlu qişalar “riskli torlu qişa” adlanır və belə olan hallarda doğuşun təbii yolla aparılmasına icazə vermirik. Yəni bu hallar doğuşun təbii yolla aparılmasına əks göstəriş təşkil edir. 

Nisibi əks-göstəriş olan halları

Bəzi hallar olur ki, biz ona “nisbi əks göstəriş” deyirik. Lattice degenerasiyası var, amma çox dərin deyil. “White without pressure” var və ya snail track var. Yenə də həkimin ancaq müşahidəsi… Biz müayinə vaxtı baxırıq, şüşəyəbənzər cisimdə çox bir əlaqəsi yoxdur. Yəni bir çəkimdir, dartımdır yoxdursa, belə olan hallarda biz arayışa: “Gözün vəziyyəti, doğuşun təbii yolla aparılmasına nisbi əks-göstəriş təşkil edir” yazırıq. 

Buna hansı faktorlar təsir edir?

  • Çanağın ölçüsü. 
  • Uşağın başının çevrəsi. 
  • Uşağın kilosu. 
  • Gəliş. 

Əgər ginekoloqlar artıq 1-2 həftə əvvəlcədən necə bir doğuşla qarşılaşacaqlarını bilirlərsə, yəni əgər yüngül bir doğuş olacaqsa, o zaman normal doğuşa icazə verilir. Yox əgər fəsadlı və ya çətin bir doğuşla qarşılaşacaqlarsa, tutaq, köndələn gəlişdirsə, sağrı gəlişdirsə, çanağın ölçüləri balacadırsa, uşağın kilosu böyükdürsə… Hə, belə hallarda normal doğuş deyil də keysəriyyəyə üstünlük vermələrini tövsiyə edirik. 

Torlu qişanın vəziyyəti doğuşun hansı yolla aparılması üçün birbaşa yol göstərici olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir